
Türkiyənin Ərzurum vilayətinin Otlu rayonunda daş mədəni çöküb. Shir.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Verdiyi dəstəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirəm. Shir.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu özünün X səhifəsində yazıb. “Prezident Tramp, mənə, İsrailə və yəhudi xalqına verdiyiniz böyük dəstəyə görə təşəkkür edirəm. Biz ümumi düşmənlərimizi məğlub etmək, Qəzzada girovlarımızı azad etmək və sülh çevrəsini sürətlə genişləndirmək üçün birlikdə işləməyə davam edəcəyik”, - Netanyahu bildirib.

Hörmüz boğazının bağlanması böyük çətinlik yaradar, Türkiyə İranın belə bir addım atacağına inanmır. Shir.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin keçirildiyi Haaqadan qayıtdıqdan sonra jurnalistlərə bildirib. O vurğulayıb ki, son gərginlik enerji təchizatı təhlükəsizliyinin nə qədər vacib olduğunu bir daha xatırlatdı: "Türkiyə olaraq biz öz enerji mənbələrimizi artırmaq üçün intensiv iş aparırıq. Qabardakı

İranın ali lideri ayətullah Əli Xamenei İsraillə münaqişədə qələbə münasibətilə İran xalqını təbrik edib. Shir.az xəbər verir ki, bu barədə ali liderin mətbuat xidməti paylaşım edib. Qeyd edək ki, iyunun 24-də İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin İsraillə müharibədə qalib gəldiyini elan edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ermənistanda legitim hakimiyyətin qorunmasında maraqlı olduğunu bəyan edib. Shir.az -ın məlumatına görə, bu barədə TASS xəbər verib. "Moskva İrəvanda qanuniliyin qorunmasında, Ermənistanın Rusiyaya dost olan və inkişaf edən ölkə olmasında maraqlıdır", - o bildirib. Peskov həmçinin vurğulayıb ki, Ermənistanda baş verən proseslər dövlətin daxili işləridir.

İsrail Müdafiə Qüvvələri (IDF) İrandan "Hizbullah" təşkilatına pul köçürmələri həyata keçirən Haytam Abdullah Bakrinin öldürüldüyünü təsdiqləyib. Shir.az xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb. Hərbçilər bildiriblər ki, onun şirkəti İranın "Qüds" bölməsindən alınan vəsaitlərin saxlanılması və "Hizbullah" təşkilatı üçün köçürülməsi mexanizmidir. "Bu vəsaitlər “Hizbullah” tərəfindən hərbi məqsədlər, yaraqlılara maaşların ödənilməsi,

İsrail ordusunun 7 hərbçisi Qəzzada HƏMAS-a qarşı döyüşlərdə həlak olub. Shir.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. “Qəzzanın cənubundakı Xan-Yunis şəhərində zirehli transportyorun partladılması nəticəsində 7 hərbçi həlak olub, daha bir nəfər isə yaralanıb. Onların hamısı “Barak” briqadasının 605-ci mühəndis-döyüş batalyonunda xidmət edirdi”, - məlumatda qeyd olunub.

ABŞ-nin Qətərdəki hərbi bazasına raket zərbələrinin endirilməsinə cavab olaraq İran səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Shir.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Qətər XİN hücumları "qətiyyətlə pislədiyi"ni bildirib. Həmçinin qeyd olunub ki, Qətər "bu yolverilməz pozuntuya cavab vermək hüququnu özündə saxlayır".

ABŞ-nin Suriyanın şimal-şərqində yerləşən Həsəkədəki hərbi bazası hücuma məruz qalıb. Shir.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Kütləvi hava və raket zərbələri İranın nüvə obyektlərinə böyük ziyan vurub. Shir.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” səhifəsində yazıb. “Peyk görüntüləri İrandakı bütün nüvə obyektlərinə böyük ziyan dəydiyini göstərir. Burada “məhv” sözü daha dəqiqdir”, - o bildirib. Qeyd edək ki, ABŞ Hərb Hava Qüvvələri 22 iyunda İranın 3 nüvə obyektinə zərbələr endirib.