Tarix: 25-06-2025, 10:30
İsrail ordusunun 7 hərbçisi Qəzzada HƏMAS-a qarşı döyüşlərdə həlak olub.
Shir.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“Qəzzanın cənubundakı Xan-Yunis şəhərində zirehli transportyorun partladılması nəticəsində 7 hərbçi həlak olub, daha bir nəfər isə yaralanıb. Onların hamısı “Barak” briqadasının 605-ci mühəndis-döyüş batalyonunda xidmət edirdi”, - məlumatda qeyd olunub.