Tarix: 25-06-2025, 14:00
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ermənistanda legitim hakimiyyətin qorunmasında maraqlı olduğunu bəyan edib.
Shir.az-ın məlumatına görə, bu barədə TASS xəbər verib.
"Moskva İrəvanda qanuniliyin qorunmasında, Ermənistanın Rusiyaya dost olan və inkişaf edən ölkə olmasında maraqlıdır", - o bildirib.
Peskov həmçinin vurğulayıb ki, Ermənistanda baş verən proseslər dövlətin daxili işləridir.