Son xəbərlər:
Azərbaycan yaxın zamanda Ukraynanı minatəmizləmə sahəsində müvafiq ehtiyat hissələri ilə təmin edəcək                        Azərbaycan əhalisinin sayı açıqlandı                        Baş prokuror vətəndaş qəbulu keçirib                        Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?                        Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ                        Novruzəli Aslanov: “Azərbaycanın bu iki ədalətli şərtinin yerinə yetirilməsi sülh sazişinin imzalanması üçün möhkəm zəmin yaradacaq”                        Əli Əsədov 3 qərar imzaladı                        Mikayıl Cabbarov: "Coursera" platformasından 25 minə yaxın vətəndaş istifadə edib"                        Türkiyəli general Azərbaycana gəldi                        “Respublika” və “Xalq qəzeti” birləşdirildi                        Şənbə günü havanın temperaturu 40 dərəcəyədək artacaq                        Prezident gürcü naziri qəbul etdi                        Türkiyə prezidentinin baş müşaviri vəfat edib                        Milli Onkologiya Mərkəzinə 650 min manat ayrıldı                        Prezident 2 fərman imzaladı                        İlham Əliyev Monqolustan Prezidentini təbrik edib                        ABŞ-dan Azərbaycanın qonşusu ilə bağlı xəbərdarlıq                        Beynəlxalq səyyahlar Kəlbəcərdə olublar                        Azərbaycan və Çin mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalayıb                        "Qarabağ" bu gün Niderland klubu ilə iki yoxlama oyunu keçirəcək                        Neft ucuzlaşdı                        Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"                        Azərbaycan diplomatları Qarabağ Universitetində xüsusi sessiya keçirib                        Vilayət Eyvazov polislərə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı tələb qoyub                        Heydər Əliyev Beynəlxalq Aeroportu I yarımilə yekun vurub                        Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN                        XİN Əbu-Dabi görüşü ilə bağlı məlumat yaydı                        Əbu-Dabi görüşü: Razılıq əldə olundu                        İlham Əliyevlə Nikol Paşinyan arasında görüş bitib                        Muxtar Babayevlə COP30-un prezidentliyə namizədi OPEC-in seminarında müzakirələr aparıblar                       
Tarix: Dünən, 18:00

 

Azərbaycan yaxın zamanda Ukraynanı minatəmizləmə sahəsində ANAMA xətti ilə müvafiq ehtiyat hissələri ilə təmin edəcək.

Shir.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin nazir müavini Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyətinin iyulun 10-11-də İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Ukrayna Bərpa Konfransında iştirakına dair məlumatında qeyd olunub.

Bildirilib ki, sayca 4-cü olan cari ilki konfransda 56 dövlət, 27 beynəlxalq təşkilat və maliyyə institutu, eləcə də 120 şirkət təmsil olunub.

Nazir müavini konfransda çıxışı zamanı Ukraynadakı müharibənin regionda sülh və təhlükəsizliyə ciddi zərər verdiyini bildirib.

Çıxışda Azərbaycanın ilk günlərdən etibarən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik yolla həllini, habelə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi ifadə olunub.

Davam edən böhranın ciddi humanitar nəticələrinin dərin təəssüf doğurduğu qeyd edilərək Azərbaycanın Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biri olduğu, bu çərçivədə dərman, qida, elektrik avadanlıqları və s. daxil olmaqla humanitar, həmçinin bərpa və yenidən qurmaya dəstək məqsədli ümumilikdə 42 milyon ABŞ dolları dəyərində yardım göstərildiyi diqqətə çatdırılıb.

Y. Rəfiyevin çıxışında Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün Azərbaycan tərəfindən həyata keçirilən tibbi və sosial-psixoloji reabilitasiya proqramından faydalanmış uşaqların sayının ötən ilki Bərpa Konfransından bu günədək iki dəfə artırıldığı və ümumilikdə 330 uşağın sözügedən proqramda iştirak etdiyi bildirilib.

Nazir müavini işğaldan azad olunmuş ərazilərdə mina təhdidi ilə mübarizə aparan bir ölkə kimi Azərbaycanın minalardan zərər çəkmiş ölkələrlə həmrəyliyin gücləndirilməsini ardıcıl olaraq dəstəklədiyini qeyd edib. Bu çərçivədə, Azərbaycanın Ukraynaya minatəmizləmə sahəsində yardım göstərdiyini və yaxın zamanda ANAMA xətti ilə müvafiq ehtiyat hissələri və təlimin təmin olunacağı barədə məlumat verib.

Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məktəb binasının, şəhər poliklinikasının və parkın yenidənqurma işlərinin artıq yekunlaşdığı, habelə Kiyev şəhərində park və uşaqlar üçün sığınacağın bərpasının maliyyələşdirildiyi diqqətə çatdılıb. Bununla yanaşı, İrpen şəhərində dörd sosial təyinatlı obyektin inşası ilə bağlı müvafiq işlərin davam etdiyi bildirilib.

Nazir müavini Azərbaycanın bundan sonra da ikitərəfli əsasda Ukraynaya humanitar dəstəyini davam etdirəcəyini nəzərə çatdırıb.

Konfrans çərçivəsində Y.Rəfiyev Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ilə görüşüb və Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlıq münasibətlərinə dair gələcək planlarla bağlı söhbət aparıb.

Nazir müavini həmçinin iyulun 11-də İtaliya xarici işlər nazirinin müavini Edmondo Çirielli ilə də ikitərəfli görüş keçirib.

Görüş zamanı Azərbaycan və İtaliya arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan və İtaliyanın nümunəvi əməkdaşlıq sərgilədiyi qeyd olunaraq siyasi və iqtisadi münasibətlərlə yanaşı mədəni-humanitar əlaqələrin artan xətlə inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031