Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 10-07-2025, 16:30

Bu ilin I yarısı Azərbaycanın hava nəqliyyatı sektoru üçün təkcə statistik yox, həm də strateji baxımdan əhəmiyyətli bir mərhələ olub. Uçuşların intensivləşməsi, tranzit yüklənməsinin artması, sərnişindaşımada müşahidə olunan sabit yüksəliş ölkəmizin beynəlxalq aviasiya sistemində mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir.

Bu barədə Shir.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Azərbaycan hava məkanı: tranzit üçün prioritet marşrut

Yanvar–iyun aylarında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ölkənin hava məkanında ümumilikdə 162 500-dən çox uçuşa xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 % artım deməkdir. 2024-cü ilin ilk yarısında bu göstərici 135 500 təşkil etmişdi.

Bu uçuşların 77%-i – yəni 125 600 reysi – tranzit uçuşlar təşkil edib. Tranzit axınında 28 %-lik artım, Azərbaycanın hava məkanının Avropa ilə Asiyanı birləşdirən etibarlı və səmərəli hava dəhlizi statusunu daha da möhkəmləndirib.

Azərbaycan üzərindən ən çox uçuş həyata keçirən aparıcı beynəlxalq aviaşirkətlər arasında Turkish Airlines, Singapore Airlines, Thai Airways, Cathay Pacific  Air India ön sıralarda yer alıb.

İyunda isə tarixi rekord qeydə alınıb: bir ayda 29 300 uçuş, 28 iyun tarixində isə bir gündə 1057 uçuşa xidmət göstərilib — bu, Azərbaycanın aviasiya tarixində ən yüksək günlük göstəricidir.

 

Heydər Əliyev Beynəlxalq Aeroportu: sərnişin dövriyyəsində sabit artım

Azərbaycanın əsas hava qapısı olan Heydər Əliyev Beynəlxalq Aeroportu 6 ayda 3 milyon 452 min sərnişinə xidmət göstərib. Bu, ötən ilin eyni dövründə qeydə alınan 3 milyon 388 min sərnişin göstəricisi ilə müqayisədə 2 %-lik artımı əks etdirir.

Bu müddət ərzində 39 aviaşirkət (onlardan 16-sı loukoster) tərəfindən ümumilikdə 27 091 uçuş həyata keçirilib. Beynəlxalq sərnişinlərin sayı 3 milyon 114 min nəfərə çatıb və bu axının 51%-i xarici aviadaşıyıcıların payına düşüb. Bakı hava limanından 34 ölkə və 69 şəhərə birbaşa uçuşlar icra olunub.

Tranzit sərnişin axınında da güclü dinamika müşahidə olunub: bu göstərici 17% artaraq 196 498 nəfərə yüksəlib. Ən çox səyahət edilən beynəlxalq istiqamətlər sırasına İstanbul, Moskva, Tbilisi, Dubay və Əbu Dabi daxildir.

AZAL: beynəlxalq inkişaf və daxili optimallaşdırma

Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” QSC (AZAL) I yarımildə 1 milyon 857 min sərnişin daşıyaraq, 2024-cü ilin eyni dövründə qeydə alınan 1 milyon 811 min sərnişinlə müqayisədə 3 %-lik artıma nail olub. Bu sərnişinlərin 1 milyon 514 mini beynəlxalq reyslərin payına düşür ki, bu da ötən illə müqayisədə 4 %-lik artım deməkdir.

Daxili istiqamətlərdə, xüsusilə Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 1 713 reys yerinə yetirilib və 339 mindən çox sərnişin daşınıb. Sərnişin sayında 2% azalma müşahidə olunsa da, reyslərin sayındakı 6%-lik artım bu marşrutun çevik və tələbə uyğun planlaşdırıldığını göstərir.

Beləliklə, 2025-ci ilin ilk yarısında əldə olunan nəticələr Azərbaycanın hava nəqliyyatı sektorunun dayanıqlığını, çevikliyini və beynəlxalq inteqrasiya potensialını bir daha nümayiş etdirib. Qarşıdakı dövrdə bu dinamika rəqəmsallaşma, logistik transformasiya və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi baxımından mühüm strateji imkanlar açır.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930