Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 12-07-2024, 11:34

VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova və Efiopiya Federal Şurasının spikeri Aqeqnehu Teşager ilə görüşlər keçirib.

Shir.az xəbər verir ki, Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşdə Azərbaycan və Belarus arasında dostluq prinsiplərinə əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Tərəflər ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyədə inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolunu qeyd edərək, son dövrlərdə Azərbaycan və Belarus arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdiyini, imzalanan sənədlərin əlaqələrin daha da dərinləşməsini təmin etdiyini qeyd ediblər.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişafının əhəmiyyəti vurğulanaraq, bu istiqamətlərdə mövcud imkanlarla bağlı fikir mübadiləsi də aparılıb.

Görüşdə Azərbaycan və Belarus parlamentlərinin əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova özünün ötən ay Belarus Respublikasına rəsmi səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

Efiopiya Federal Şurasının spikeri Aqeqnehu Teşager ilə görüşdə də iki ölkə arasındakı əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb, bir sıra sahələrdə əməkdaşlıq imkanlarının olduğu bildirilib.

Görüşdə iki ölkənin parlamentlərinin müxtəlif beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərdiyi vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib. Efiopiyanın təşkilatın konfransında iştirakı xatırladılıb. Həmçinin, qanunverici orqanlarımızda dostluq qruplarının fəaliyyət göstərdiyi, dostluq qrupları arasında qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti bildirilib.

Efiopiya Federal Şurasının sədri Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın Hərəkata sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri təqdir edib.

Görüşlərdə bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb və Milli Məclisin sədri Sahibə Qafarova COP29 çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə təşkil edəcəyi Parlament konfransı haqqında məlumat verib.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031