Tarix: Bu gün, 12:30
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri və prezidentin iqtisadi siyasət idarə heyətinin üzvü Yiğit Bulut iyulun 11-də vəfat edib.
Shir.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata əsasən, baş müşavirin son günlərdə səhhəti pisləşməyə doğru gedib. O, uzun müddətdir xərçəng xəstəliyindən müalicə alırdı.
Xatırladaq ki, Yiğit Bulut uzun illər qəzetlərdə iqtisadiyyat sahəsində yazılar yazıb, televiziyalarda şərhçilik və rəhbərlik edib. Universitetlərdə müəllim kimi dərs də verən Yiğit Bulut, media karyerasının ardından 2013-cü ildə Baş Nazirlik, 2014-cü ildə isə Prezident Baş Müşavirliyi vəzifəsinə təyin edilib.