Son xəbərlər:
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Malayziya rəsmiləri ilə ikitərəfli görüşlər keçirib                        Vilayət Eyvazov vətəndaşları qəbul edib                        Vilayət Eyvazov vətəndaşları qəbul edib                        Bakıda “PRE-COP29” tədbiri işə başlayıb                        Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb                        Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri                        Polis zabiti ağır qəzada dünyasını dəyişdi                        Zahid Oruc: "Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur"                        Milli Məclisdə "Yaşıl Qarabağ" adlı beynəlxalq konfrans keçiriləcək                        Emin Əmrullayev: Təhsili yeni çağırışlar müstəvisində müzakirə etsək, daha irəli getmək imkanı olacaq                        Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib                        4 oktyabr - Cəbrayıl şəhəri günü                        Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət başlayıb                        Azərbaycan XİN başçısı BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb                        Kamran Əliyev görüş keçirdi                        “Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb                        Nazir müavini: Qlobal istiləşmənin qarşısını almaq üçün “yaşıl iqtisadiyyat”a keçid zəruridir                        Bəxtiyar Məmmədov birinci müavin seçildi                        Zakir Həsənov "Xilaskar" PUA-sını izlədi                        Vilayət Eyvazov vətəndaşları qəbul edib                        Neftin bu günə olan qiyməti                        Azərbaycanla Finlandiya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq müzakirə edilib                        Bakının bir sıra yollarında tıxac müşahidə edilir                        İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır itki üz verib.                        Naxçıvan Dövlət Milli Dram Teatrına direktor əvəzi təyin olunub                        Yeni deputatların siyahısı                        Şikar Bədəlov daha bir peşəkar döyüşdə qalib gəldi -                        Rəşad Nəbiyev Masallıda vətəndaşları qəbul edəcək                        Putin İlham Əliyevlə Zəngəzur dəhlizini müzakirə etdi                        Gələn ay Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalının şou proqramı açıqlanıb                       
Tarix: 24-07-2024, 16:17

 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-1-ci maddəsinin VI hissəsində (hər iki halda), 46-2-ci maddəsinin I hissəsinin 2-ci (hər iki halda), 5-ci və 6-cı bəndlərində, 53-cü maddəsinin VII hissəsinin birinci və beşinci (hər iki halda) cümlələrində, IX hissəsinin ikinci və üçüncü (hər iki halda) cümlələrində, XI hissəsinin üçüncü cümləsində, XIII hissəsinin ikinci cümləsində və XVII hissəsinin üçüncü cümləsində, 83-cü maddəsinin II hissəsinin ikinci cümləsində və 84-cü maddəsinin birinci hissəsinin 6-1-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 46-1-ci maddəsinin VI hissəsində (hər iki halda), 46-2-ci maddəsinin I hissəsinin 2-ci bəndində (birinci halda) və 53-cü maddəsinin IX hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 46-2-ci maddəsinin I hissəsinin 2-ci bəndində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi nəzərdə tutulur;

1.4. həmin Qanunun 46-2-ci maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərində və 53-cü maddəsinin VII hissəsinin beşinci cümləsində “orqanın (qurumun) mərkəzi informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;

1.5. həmin Qanunun 53-cü maddəsinin VII hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 53-cü maddəsinin VII hissəsinin beşinci cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

1.7. həmin Qanunun 53-cü maddəsinin IX hissəsinin üçüncü cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

1.8. həmin Qanunun 53-cü maddəsinin IX hissəsinin üçüncü cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.9. həmin Qanunun 53-cü maddəsinin XI hissəsinin üçüncü cümləsində, XIII hissəsinin ikinci cümləsində və XVII hissəsinin üçüncü cümləsində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi nəzərdə tutulur;

1.10. həmin Qanunun 83-cü maddəsinin II hissəsinin ikinci cümləsində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi, Bakı şəhərinin inzibati ərazisində parklanma qaydalarına əməl edilməsinə nəzarət məqsədilə istifadə olunan xüsusi texniki vasitələrə münasibətdə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi nəzərdə tutulur;

1.11. həmin Qanunun 84-cü maddəsinin birinci hissəsinin 6-1-ci bəndində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;

1.12. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsində, 122.1-ci maddəsinin birinci və üçüncü cümlələrində, 122.5-ci maddəsinin ikinci cümləsində, 123.2-ci maddəsinin üçüncü cümləsində, 124.4-cü maddəsinin birinci və dördüncü cümlələrində, 124.5-ci maddəsinin üçüncü cümləsində, 124.6-cı maddəsinin üçüncü cümləsində, 125.1-ci (birinci halda), 125.2.3-cü (birinci halda) maddələrində, 125.3-cü maddəsinin ikinci cümləsində (ikinci halda) və 126.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.13. həmin Məcəllənin 81.2-ci maddəsində və 122.5-ci maddəsinin ikinci cümləsində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi, Bakı şəhərinin inzibati ərazisində parklanma qaydalarına əməl edilməsinə nəzarət məqsədilə istifadə olunan xüsusi texniki vasitələrə münasibətdə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi nəzərdə tutulur;

1.14. həmin Məcəllənin 122.1-ci maddəsinin birinci cümləsində, 123.2-ci maddəsinin üçüncü cümləsində, 124.4-cü maddəsinin birinci və dördüncü cümlələrində, 124.5-ci maddəsinin üçüncü cümləsində, 124.6-cı maddəsinin üçüncü cümləsində, 125.1-ci, 125.2.3-cü maddələrində, 125.3-cü maddəsinin ikinci cümləsində və 126.3-cü maddəsində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi, Bakı şəhərinin inzibati ərazisində parklanma qaydalarının pozulmasına münasibətdə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi nəzərdə tutulur;

1.15. həmin Məcəllənin 122.1-ci maddəsinin üçüncü cümləsində (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən çıxarılan inzibati xəta haqqında iş üzrə qərarlara münasibətdə) “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etmək hüququ təmin olunmaqla yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə protokollar və qərarların rəsmi qaydada verilməsi prosedurlarının elektronlaşdırılması istiqamətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-1-ci maddəsinin VI hissəsinə uyğun olaraq, kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə qaydalarını, habelə kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədlərini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.4. həmin Qanunun 46-2-ci maddəsinin I hissəsinin 2-ci bəndinə uyğun olaraq, kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.5. həmin Qanunun 53-cü maddəsinin IX hissəsinin ikinci cümləsinə uyğun olaraq, xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısını, onlara ayrılan yerlərin sayını və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666 (Cild I); 2024, № 3, maddə 260) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “32-ci maddəsinin 2-ci hissəsində,” sözlərindən sonra “46-1-ci maddəsinin VI hissəsində (hər iki halda), 46-2-ci maddəsinin I hissəsinin 2-ci (hər iki halda), 5-ci və 6-cı bəndlərində,” sözləri, “71-ci maddəsinin 2-ci hissəsində,” sözlərindən sonra “83-cü maddəsinin II hissəsinin ikinci cümləsində, 84-cü maddəsinin birinci hissəsinin 6-1-ci bəndində,” sözləri əlavə olunsun və həmin bənddə “1-ci və 2-ci hissələrində, 7-ci hissəsinin birinci və üçüncü (birinci halda) cümlələrində, 12-ci hissəsinin ikinci cümləsində, 13-cü hissəsinin birinci cümləsində, 14-cü hissəsinin 3-cü bəndində, 19-cu hissəsinin ikinci və üçüncü cümlələrində və 25-ci” sözləri “I və II hissələrində, VII hissəsinin birinci və beşinci (hər iki halda) cümlələrində, IX hissəsinin ikinci və üçüncü (hər iki halda) cümlələrində, XI hissəsinin üçüncü cümləsində, XII hissəsinin ikinci cümləsində, XIII hissəsinin ikinci cümləsində, XVII hissəsinin üçüncü cümləsində, XIX hissəsinin ikinci və üçüncü cümlələrində və XXV” sözləri ilə əvəz edilsin;

3.2. 2.2-ci bənddə “23-cü maddəsinin 2-ci hissəsinin ikinci cümləsində,” sözləri “9-cu maddəsinin IX hissəsində (ikinci halda), 23-cü maddəsinin II hissəsinin ikinci cümləsində, 46-1-ci maddəsinin VI hissəsində (hər iki halda), 46-2-ci maddəsinin I hissəsinin 2-ci bəndində (birinci halda), 53-cü maddəsinin IX hissəsinin ikinci cümləsində və” sözləri ilə əvəz edilsin;

3.3. 2.5-ci bənddə “üçüncü, səkkizinci və doqquzuncu (hər iki halda) hissələrində, on ikinci” sözləri “III və VIII hissələrində, XII” sözləri ilə əvəz edilsin;

3.4. 2.5-1-ci və 2.10-cu bəndlər ləğv edilsin;

3.5. 2.6-cı bənddə “1-ci, 2-ci və 3-cü hissələrində” sözləri “I hissəsində, II hissəsinin birinci cümləsində və III hissəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;

3.6. 2.7-ci bənddə “, dördüncü abzasının birinci cümləsində, 53-cü maddəsinin yeddinci hissəsinin üçüncü cümləsində (ikinci halda), on birinci hissəsində, on üçüncü hissəsinin ikinci cümləsində və on yeddinci hissəsində, 83-cü maddəsinin II hissəsinin ikinci cümləsində və 84-cü maddəsinin 6-1-ci bəndində” sözləri “və dördüncü abzasının birinci cümləsində” sözləri ilə əvəz edilsin;

3.7. 2.31-ci, 2.31-1-ci, 2.34-cü və 2.35-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.31. həmin Qanunun 46-2-ci maddəsinin I hissəsinin 2-ci bəndində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi nəzərdə tutulur;

2.31-1. həmin Qanunun 46-2-ci maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərində və 53-cü maddəsinin VII hissəsinin beşinci cümləsində (ikinci halda) “orqanın (qurumun) mərkəzi informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;”;

“2.34. həmin Qanunun 53-cü maddəsinin I və II hissələrində, XIX hissəsinin ikinci və üçüncü cümlələrində və XXV hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.35. həmin Qanunun 53-cü maddəsinin VII hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;”;

3.8. aşağıdakı məzmunda 2.35-1 – 2.35-3-cü, 2.36-4-cü və 2.36-5-ci bəndlər əlavə edilsin:

“2.35-1. həmin Qanunun 53-cü maddəsinin VII hissəsinin beşinci cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.35-2. həmin Qanunun 53-cü maddəsinin IX hissəsinin üçüncü cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

2.35-3. həmin Qanunun 53-cü maddəsinin XI hissəsinin üçüncü cümləsində, XIII hissəsinin ikinci cümləsində və XVII hissəsinin üçüncü cümləsində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi nəzərdə tutulur;”;

“2.36-4. həmin Qanunun 83-cü maddəsinin II hissəsinin ikinci cümləsində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi, Bakı şəhərinin inzibati ərazisində parklanma qaydalarına əməl edilməsinə nəzarət məqsədilə istifadə olunan xüsusi texniki vasitələrə münasibətdə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi nəzərdə tutulur;

2.36-5. həmin Qanunun 84-cü maddəsinin birinci hissəsinin 6-1-ci bəndində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;”;

3.9. 2.36-2-ci bəndə “Qanunun” sözündən sonra “53-cü maddəsinin IX hissəsinin üçüncü cümləsində (ikinci halda) və” sözləri əlavə edilsin;

3.10. 2.37-ci bənddə “346-1.2-ci, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi halları ilə bağlı Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın” sözləri “346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4-cü hissə üzrə:

4.1.1. 4.1-ci bəndə “81-1.2-ci,” sözlərindən sonra “81.2-ci,” sözləri, “99.1.1-ci maddəsində,” sözlərindən sonra “122.1-ci maddəsinin birinci və üçüncü cümlələrində, 122.5-ci maddəsinin ikinci cümləsində, 123.2-ci maddəsinin üçüncü cümləsində, 124.4-cü maddəsinin birinci və dördüncü cümlələrində, 124.5-ci maddəsinin üçüncü cümləsində, 124.6-cı maddəsinin üçüncü cümləsində, 125.1-ci (birinci halda), 125.2.3-cü (birinci halda) maddələrində, 125.3-cü maddəsinin ikinci cümləsində (ikinci halda), 126.3-cü,” sözləri əlavə edilsin və həmin bənddən “127-2.4-cü maddəsinin birinci cümləsində (birinci və üçüncü hallarda) və ikinci cümləsində, 127-2.6,” sözləri çıxarılsın;

4.1.2. 4.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.8. həmin Məcəllənin 110.3-cü, 122.2-ci, 123.1-ci, 125.6-cı və 339.5-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;”;

4.1.3. aşağıdakı məzmunda 4.8-1 – 4.8-3-cü bəndlər əlavə edilsin:

“4.8-1. həmin Məcəllənin 81.2-ci maddəsində və 122.5-ci maddəsinin ikinci cümləsində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi, Bakı şəhərinin inzibati ərazisində parklanma qaydalarına əməl edilməsinə nəzarət məqsədilə istifadə olunan xüsusi texniki vasitələrə münasibətdə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi nəzərdə tutulur;

4.8-2. həmin Məcəllənin 122.1-ci maddəsinin birinci cümləsində, 123.2-ci maddəsinin üçüncü cümləsində, 124.4-cü maddəsinin birinci və dördüncü cümlələrində, 124.5-ci maddəsinin üçüncü cümləsində, 124.6-cı maddəsinin üçüncü cümləsində, 125.1-ci, 125.2.3-cü maddələrində, 125.3-cü maddəsinin ikinci cümləsində və 126.3-cü maddəsində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi, Bakı şəhərinin inzibati ərazisində parklanma qaydalarının pozulmasına münasibətdə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi nəzərdə tutulur;

4.8-3. həmin Məcəllənin 122.1-ci maddəsinin üçüncü cümləsində (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən çıxarılan inzibati xəta haqqında iş üzrə qərarlara münasibətdə) “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;”;

4.1.4. 4.52-ci bənddə “, 97.3-cü maddəsinin birinci cümləsində, 127-2.4-cü maddəsinin birinci cümləsində (birinci və üçüncü hallarda) və ikinci cümləsində, 127-2.6-cı maddəsində” sözləri “və 97.3-cü maddəsinin birinci cümləsində” sözləri ilə, “Bakı Nəqliyyat Agentliyi” sözləri “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

4.2. 5-ci hissə üzrə:

4.2.1. 5.33-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.33-1. həmin Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxır;”;

4.2.2. 5.33-2-ci bənd ləğv edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli 83 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 25-ci hissəyə “338.10,” rəqəmlərindən sonra “338-1,” rəqəmləri əlavə edilsin;

5.2. aşağıdakı məzmunda 48-2-ci hissə əlavə edilsin:

“48-2. Məcəllənin 454-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – bu Siyahının 1-ci və 25-ci hissələrində nəzərdə tutulan vəzifəli şəxslər;”.

6. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1034 (Cild I); 2024, № 2, maddələr 147, 158; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 6.1.14-cü yarımbənd ləğv edilsin;

6.2. 6.1.18-ci yarımbənddə “, elektron tərəzilərin və parkomatların” sözləri “və elektron tərəzilərin” sözləri ilə əvəz edilsin;

6.3. 7.4.8-ci yarımbənddə “parkomatlarda” sözü “SMS və ya xüsusi proqram təminatında” sözləri ilə əvəz edilsin;

6.4. 7.5-ci bənddə “, elektron tərəzilər və parkomatlar” sözləri “və elektron tərəzilər” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 29 iyul tarixli 2258 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 983 (Cild I) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nın 2.1.2-ci yarımbəndindən “parkomatların,” sözü çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2024-cü il

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930