Prezident İlham Əliyev “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiya haqqında Əsasnamə”nin və “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Shir.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında deyilir.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiya haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.