Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, 8 noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə Bakı şəhərində təntənəli hərbi parad keçiriləcək.
Shir.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirə hazırlıq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun müxtəlif bölmələri ilə intensiv məşqlər həyata keçirilir.
Hazırlıq mərhələsi çərçivəsində paytaxt və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, hərbi texnikaların və avtomobillərin müəyyən olunmuş marşrutlar üzrə hərəkəti, həmçinin Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin yerdəyişməsi təşkil olunur.
Qeyd edək ki, 8 noyabr Azərbaycan tarixində Şanlı Qələbənin simvoludur. 2020-ci ilin məhz bu günündə Azərbaycan Ordusu Qarabağın incisi Şuşanı azad etmişdi. Bu münasibətlə hər il Zəfər Günü qeyd olunur.