Son xəbərlər:
AFFA rəsmisi: “Klublararası dünya çempionatı ilə bağlı narazılıqların əsas səbəblərindən biri zədələrdir”                        Bakının bu rayonunda su kəsiləcək                        Ukraynanın Baş naziri istefa verib                        Azərbaycan və Xorvatiya daşınmaz əmlak qeydiyyatı üzrə təcrübə mübadiləsi aparıb                        Baş prokuror İraqın Ali Məhkəməsinin yeni təyin olunmuş sədri ilə görüşüb                        Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ                        Sabah çimərliklərdə suyun temperaturu...                        Kamran Əliyev üç rayona və bir şəhərə prokuror təyin edib                        Bu tarixdə havanın temperaturu aşağı düşəcək                        İlham Əliyev bununla bağlı qanunu imzaladı                        Kamran Əliyev şöbə rəisini işdən çıxardı                        “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirildi                        İlham Əliyev Ərdoğana başsağlığı verib                        Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 8 ölkədən 1846 idmançının iştirakı təsdiqlənib                        Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış                        Neft ucuzlaşıb                        Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günüdür                        MİT İstanbulda anti-FETÖ əməliyyatı keçirib, 26 nəfər saxlanılıb                        MİT İstanbulda anti-FETÖ əməliyyatı keçirib, 26 nəfər saxlanılıb                        Samuxda zəlzələ olub                        Hərbi prokurorun müavini işdən çıxarıldı                        DMX-də cari ildə hüquqpozmalarla bağlı 10 minə yaxın qərar qəbul edilib                        Prezident istilik təchizatı ilə bağlı fərman imzaladı                        Azərbaycanda iki yeni milli park yaradıldı - Sərəncam                        "Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirə qələbə ilə başlayıb                        Bakıda yanğın təhlükəli çörək sexinin fəaliyyəti dayandırılıb                        AK sədri: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik                        Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istəyir                        XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan badmintonçuları açıqlanıb                        Milli Məclisin növbədənkənar sessiyası başa çatıb                       
Tarix: Dünən, 18:00

 

Klublararası dünya çempionatının yeni formatı ilə bağlı narazılıqların əsas səbəblərindən biri futbolçuların zədələnməsidir.


Shir.az xəbər verir ki,bunu Report-aaçıqlamasında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə deyib.

Mütəxəssis yeni formatı birmənalı qarşılanmayan klublararası dünya çempionatı ilə bağlı narazılıqlara münasibətini bildirib:

“Narazılığın ən böyük səbəbi odur ki, futbolçular yüksək səviyyədə performans göstərmək üçün məhdud sayda oynamalıdırlar. Onsuz da il ərzində oyunların sayı kifayət qədər olur. Bu da zədələrin çoxalmasına, psixoloji yorğunluğun yaranmasına gətirib çıxarır. Klublarası dünya çempionatı başa çatdı. Artıq iki həftədən sonra milli çempionatlar başlayacaq. Əslində bu, kiçik klublara o qədər də təsir etmir. Böyük klublar isə onsuz da istər daxili, isətrəsə də beynəlxalq çempionatlarda ilboyu oynamaq məcburiyyətindədirlər”.

O, büdcə məsələlərinin də rol oynadığını söyləyib:

“Bunun nəticəsi olaraq klublar heyətlərini genişləndirmək məcburiyyətindədirlər. Heyət böyüdükcə keyfiyyətə təsir edir, həmçinin xərclər artır. Bu da klubu idarə etməkdə kifayət qədər sıxıntılar yaradacaq. Məsələnin digər tərəfi təşkilatçılıqla bağlıdır. İlk dünya çempionatı idi və klublar pis-yaxşı ulduz futbolçularını gətirmişdilər. İlk vaxtlarda komandalar optimal heyətlə gələcəklər. Ancaq sonra maraq azalır və növbəti yarışlar yoxlama görüşləri səviyyəsinə enir ki, bu da təşkilatçılar üçün problem yaradacaq. Məsələn, buna MDB Kubokunu nümunə göstərə bilərəm. Çünki ulduzlar olmasa, tamaşaçıları cəlb etmək çətinləşəcək. Nəticədə yarışın öhdəsindən gəlmək çətin olacaq”.

AFFA rəsmisi, narazılıqlara baxmayaraq, mundialın maraqlı alındığını vurğulayıb:

“Ümumilikdə ilk təcrübəyə əsasən deyə bilərəm ki, klublararası dünya çempionatı yaxşı alındı. Baxımlı oldu, bütün dünyada izlənildi. Xoaşgəlməz məqamlar isə zədələrlə bağlıdır. Məsələn, “Bavariya”nın futbolçusu Camal Musiala ciddi zədələndi. Futbol onsuz da zədə riskləri yüksək olan oyundur. Mövsümün sonunda dincəlmək istəyən futbolçularda zaman-zaman sıxıntı yarada bilər. Düzdür bu, istənilən halda ola bilərdi. Amma sırf bu çempionatda belə zədələrin olması mənfi rəylər yaradır. Birinci sınaq kimi pis alınmadı, amma növbəti illərdə necə olacağını deyə bilmərəm. Ola bilər format dəyişdirilsin və ya daha az komanda iştirak etsin. Lakin inanmıram ki, FIFA geri addım atacaq və yarışı ləğv edəcək. Klublarla FIFA arasında sövdələşmədən çox şey asılıdır. FIFA bu çempionatda iştirak üçün klublara daha çox maliyyə yönəldə bilər”.

Qeyd edək ki, ilk dəfə təşkil olunan klublarası dünya çempionatının qalibi İngiltərənin “Çelsi” klubu olub. London təmsilçisi ABŞ-də təşkil olunan mundialın finalında PSJ-ni (Fransa) 3:0 hesabı ilə məğlub edib.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031