Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 15-04-2025, 15:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Texniki Kollecində görüş keçirib.

Shir.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əmək bazarının inkişafı məsələlərinə həsr olunmuş görüşdə muxtar respublika əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə, təhsil naziri Elxan Nəcəfov və təhsil işçiləri iştirak ediblər.

Fərid Bağırzadə əmək bazarının mövcud vəziyyəti və bu sahədəki tendensiyaların təkmilləşdirilməsi istiqamətində Milli Observatoriya ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, Observatoriya təhsil müəssisələrinin məzunlarının əmək bazarındakı mövqeyini mütəmadi olaraq təhlil edir və bu sahədə inkişafı dəstəkləyən təkliflər irəli sürür. Ötən il peşə təhsili müəssisələrində dövlət sifarişi üzrə qəbul planının hazırlanması məqsədilə Təhsil Nazirliyinin müraciəti əsasında Observatoriya tərəfindən statistik analizlər və proqnozlar aparılaraq, nəticələr təqdim olunub.

Təhsil naziri Elxan Nəcəfov isə Observatoriyanın həyata keçirdiyi təhlilləri yüksək qiymətləndirərək, əmək bazarının dinamik inkişafı, texnoloji yeniliklər və qlobal çağırışlar fonunda kadr hazırlığında bu məlumatların mühüm rolunu vurğulayıb.

Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli əmək bazarının cari tələbləri barədə danışıb. Qeyd edib ki, düzgün peşə seçimi fərdlərin təhsildən əmək bazarına uğurlu keçidində mühüm rol oynayır. Təhsil işçilərinin şagirdlərin peşəyönümlü istiqamətləndirilməsi gələcəkdə əmək bazarının kadr ehtiyacını qarşılamaqda mühüm rol oynayır və bu prosesə verilən dəstək əhəmiyyətlidir.

Sonda təhsil işçilərinin iştirakı ilə ictimai dinləmə keçirilib. Tədbir iştirakçılarına Milli Observatoriya tərəfindən aparılan təhlil nəticələri təqdim edilib.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031