Son xəbərlər:
Opera Studiyasında Ramiz Rövşənin poeziya gecəsi böyük maraqla keçirilib                        Prezident İlham Əliyev yeni kommunal texnikalarla tanış olub                        Hacı Şahin Həsənli – unudulmaz ilahiyyatçı və böyük insanın xatirəsinə                        Azərbaycana 37 sm qar yağdı                        Novruzəli Aslanov: “Xocalı Memorialının açılışı yaddaş və ədalətin təntənəsidir”                        Rus general Azərbaycana gəldi                        Milli Məclis üzvü Novruzəli Aslanov: “Televiziya məkanında dəyişikliklər kompleks və sistemli yanaşma tələb edir”                        Prezident Xocalıdadır                        İlham Əliyevin ABŞ səfəri başa çatdı                        Milli Məclisin növbəti plenar iclası başladı                        Novruzəli Aslanov: Şamaxıda gənclərlə görüş insan kapitalının inkişafında mühüm əhəmiyyət daşıyır                        Novruzəli Aslanov: Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurası iqtisadi əməkdaşlıqda yeni mərhələdir                        Nazir Nihad Muxtarlıya yüksək vəzifə verdi                        TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilib                        Heydərovun yeni müavinləri kimlərdir? - Dosye                        Əliyev və Vuçiç qeyri-rəsmi səhər yeməyində - Foto                        Xətai rayonunun icra başçısına ağır itki üz verib                        İşdən çıxarılan nazir müavinlərinin yerinə təyinat                        İlham Əliyev litvalı həmkarını təbrik etdi                        Cəmiyyətdə “güclü qadın” anlayışı və onun daxili yükü                        Sualın arxasındakı niyyət, cavabın arxasındakı dövlət – Münhendə səslənən mesaj                        “Sevgililər Günü”-nün səssiz qəhrəmanları                        Баку и Вашингтон закрепили стратегический курс: Хартия открывает новую геополитическую реальность                        İlham Əliyev bu şəxsləri də təltif etdi                        Prezident bu hərbçiləri təltif etdi                        DTX: Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn fəaliyyətlərlə bağlı cinayət işi açılıb                        Onlara ali xüsusi rütbələr verildi                        Bakıda zərgərlik mağazalarından oğurluq edən şəxs saxlanılıb                        Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib                        ABŞ - Azərbaycan Strateji Tərəfdaşlığı Yeni Mərhələyə Keçdi - Novruzəli Aslanov                       
Tarix: 15-07-2025, 12:00

 

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Shir.az-ın məlumatına görə, məktubda deyilir:

"Əziz Qardaşım,

Doqquz il əvvəl – 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olmuş bütün qardaş-bacılarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm.

Həmin gecə qardaş Türkiyə müasir tarixinin ən böyük qəhrəmanlıq salnaməsini yazdı. Mətin və mübariz xalqınız Türkiyə Respublikasının konstitusional və demokratik əsaslarını hədəfə alan qanlı çevriliş cəhdinə qarşı sinəsini sipər edərək Vətəninə, bayrağına və dövlətinə sahib çıxdı. Bu gün qürurla deyə bilərik ki, 15 İyul – “Demokratiya və Milli Birlik Günü” güclü və sarsılmaz iradənin, milli birliyin, həmrəyliyin və vətənpərvərliyin zəfərini qeyd edən əlamətdar tarixdir.

Xain çevriliş cəhdinin ilk anlarından etibarən Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olaraq öz dəstəyini və həmrəyliyini nümayiş etdirmişdi. Bu da növbəti dəfə “Bir millət iki dövlət” prinsipinin əyani təzahürü, qardaşlığımızın bariz nümunəsi idi.

Türkiyə dövlətinə qarşı yönəlmiş bu məkrli planın önlənməsi Sizin liderliyiniz, böyük fədakarlığınız və xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində mümkün olmuşdur. Qardaş ölkəniz bu ağır sınaqdan da üzüağ, alnıaçıq və daha da güclənmiş çıxaraq bütün dünyaya öz qüdrətini bir daha sübut etdi.

Siz hazırda da “Terrorsuz Türkiyə” hədəfinin reallaşması, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoymaq uğrunda qətiyyətlə və əzmlə çalışırsınız. Bu yaxınlarda PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı Sizin güclü siyasi iradənizin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu.

Əziz Qardaşım,

Bu gün Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir. Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir. Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcək.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031