Tarix: 26-07-2024, 09:28
Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ olub.
Bu barədə Shir.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.
Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 05:20-də Yardımlı stansiyasından 24 km şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.