Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 12-07-2024, 10:55

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar fərqli statuslu seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə intensiv maarifləndirmə layihələrini davam etdirir.

Shir.az xəbər verir ki, MSK-nın maarifləndirmə proqramı əsasında iyulun 12-də növbəti tədbir - Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan seminar təşkil edilib.

Tədbir MSK sədrinin müavini Rövzət Qasımovun açılış nitqi ilə başlayıb. Sonra gündəliyə uyğun olaraq, Komissiya üzvlərinin Milli Məclisə seçkilərdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı qanunvericiliyin tələbləri, namizəd irəli sürmək hüququna malik subyektlər, namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri və qaydası, habelə imza vərəqələrində və namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınmasının əsaslarına dair təqdimatları dinlənilib.

Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən təqdimatlarda mövzular barədə ətraflı məlumat verilib, tədbirin praktiki hissəsində geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Seminar zamanı hər bir iştirakçıya tanışlıq məqsədilə MSK-nın deputatlığa namizədlər üçün hazırladığı yaddaş kitabçası da təqdim olunub.

Media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılan seminarda deputatlığa namizədliyin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə 125 seçki dairəsi üzrə dairə seçki komissiyalarının hər birinin nəzdində yaradılan işçi qrupunun rəhbəri iştirak edib.

Qeyd etmək lazımdır ki, mühüm maarifləndirmə layihələrindən olan bu tədbir Milli Məclisə seçkilərdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı dairə seçki komissiyalarının məlumatının artırılması, onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.

xxx

10:20 

Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan seminar keçirilir.

Shir.az xəbər verir ki, seminarda deputatlığa namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülmə qaydası, deputatlığa namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri və qaydası müzakirə ediləcək.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930