Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 9-07-2024, 14:38

Adı dünya ədəbiyyatı klassikləri ilə yanaşı çəkilən Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə XX əsrin əvvəllərində Azərbaycanda tənqidi realizm ədəbi məktəbinin, inqilabi demokratik və satirik istiqamətli "Molla Nəsrəddin" jurnalının yaradıcısı olmuş, milli ədəbiyyatda yeni bir yol açmış, novator yazıçı, dramaturq, jurnalist, ədəbiyyat və mədəniyyət xadimi kimi şöhrətlənmişdir. Humanizm, demokratizm və azadlıq ideyalarının carçısına çevrilmişdir.

C.Məmmədquluzadə Azərbaycanın qədim Naxçıvan şəhərində andan olmuş, oxumuş, ərəb, fars dillərini öyrənmiş, Gürcüstanın Qori şəhərində Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirmişdir (1882-1887). Burada Şərq və Avropa mədəniyyətini, V.Şekspir, M.Volter, V.Hüqo, A.S.Puşkin, L.Tolstoy, N.Qoqol və başqa sənətkarların yaradıcılığını öyrənmiş, özü də görkəmli yazıçı, dramaturq kimi tanınmışdır.

Kiçik hekayəçiliyin böyük ustası, kamil komediyalar müəllifi, görkəmli jurnalist, vətəndaş, ziyalı olan C.Məmmədquluzadə Güney, Quzey Azərbaycanın taleyini düşünür, xalqın azadlıq arzularını, ağır həyat tərzini əks etdirir, onu müstəmləkə halına salan qonşu ölkələri, istismar edən qüvvələri, ictimai geriliyi, ətaləti, fanatizmi tənqid atəşinə tuturdu.

1905-ci ildən Tiflisdə "Şərqi-Rus" qəzetində çalışması, yaratdığı "Qeyrət" mətbəəsində inqilab və azadlıq mövzularında əsərlər, şüarlar buraxması, xalq həyatını, ictimai-siyasi hadisələri dərindən öyrənməsi onu yeni görüşlü sənətkar kimi yetişdirdi. 1905-ci il hadisələrinin təsiri ilə yeni-yeni, çeşidli əsərlər yaratdı. "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Rus qızı", "Konsulun arvadı", "Qurbanəlibəy" və onlarca başqa hekayələri Azərbaycan və Yaxın Şərq xalqları ədəbiyyatında yeni bir hadisəyə çevrildi. "Ölülər", "Anamın kitabı", "Dəli yığıncağı", "Kamança" kimi komediyaları ədəbiyyatda yeni bir səhifə açdı, uzun zaman Azərbaycan səhnəsində oynanıldı. "Ölülər" Türkiyə, Rusiya və İranda, Orta Asiya, Volqaboyu, Şimali Qafqaz türk xalqları teatralında da uğur qazandı, yeni ədəbiyyat və sənət adamlarının yetişməsinə kömək etdi.

Azərbaycanın ictimai fikrində, ədəbiyyat və mədəniyyət tarixində C.Məmmədquluzadəyə şöhrət gətirən bir cəhət də onun O.F.Hemanzadə, Ə.Qəmküsar və başqa amal, əməl dostları ilə birlikdə 1906-cı ildən başlayaraq 30 il Tiflis, Təbriz, Bakı kimi böyük şəhərlərdə inqilabi, satirik "Molla Nəsrəddin" jurnalını nəşr etməsidir. Bu jurnal xalqın milli-mənəvi, ədəbi-mədəni inkişafında, intibahında böyük rol oynadı. Yaxın Şərq xalqlarının inkişafına da müsbət təsir göstərdi.

Onun əsərləri yüz min tirajla çap olunub. 1966-cı ildə ədibin doğum gününün 100 illik yubileyi UNESCO-nun qərarı ilə dünya miqyasında keçirildi. C.Məmmədquluzadə bu gün Azərbaycanın müstəqilliyi dövründə də bizimlədir.

Shir.az

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930