Son xəbərlər:
Novruzəli Aslanov: “Xocalı Memorialının açılışı yaddaş və ədalətin təntənəsidir”                        Rus general Azərbaycana gəldi                        Milli Məclis üzvü Novruzəli Aslanov: “Televiziya məkanında dəyişikliklər kompleks və sistemli yanaşma tələb edir”                        Prezident Xocalıdadır                        İlham Əliyevin ABŞ səfəri başa çatdı                        Milli Məclisin növbəti plenar iclası başladı                        Novruzəli Aslanov: Şamaxıda gənclərlə görüş insan kapitalının inkişafında mühüm əhəmiyyət daşıyır                        Novruzəli Aslanov: Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurası iqtisadi əməkdaşlıqda yeni mərhələdir                        Nazir Nihad Muxtarlıya yüksək vəzifə verdi                        TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilib                        Heydərovun yeni müavinləri kimlərdir? - Dosye                        Əliyev və Vuçiç qeyri-rəsmi səhər yeməyində - Foto                        Xətai rayonunun icra başçısına ağır itki üz verib                        İşdən çıxarılan nazir müavinlərinin yerinə təyinat                        İlham Əliyev litvalı həmkarını təbrik etdi                        Cəmiyyətdə “güclü qadın” anlayışı və onun daxili yükü                        Sualın arxasındakı niyyət, cavabın arxasındakı dövlət – Münhendə səslənən mesaj                        “Sevgililər Günü”-nün səssiz qəhrəmanları                        Баку и Вашингтон закрепили стратегический курс: Хартия открывает новую геополитическую реальность                        İlham Əliyev bu şəxsləri də təltif etdi                        Prezident bu hərbçiləri təltif etdi                        DTX: Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn fəaliyyətlərlə bağlı cinayət işi açılıb                        Onlara ali xüsusi rütbələr verildi                        Bakıda zərgərlik mağazalarından oğurluq edən şəxs saxlanılıb                        Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib                        ABŞ - Azərbaycan Strateji Tərəfdaşlığı Yeni Mərhələyə Keçdi - Novruzəli Aslanov                        Novruz Aslanov: Avropadakı ikili standartlar Cənubi Qafqazda sülh gündəliyini zəiflədir                        Fəzail Ağamalı vəfat etdi                        İlham Əliyev 2 fərman imzaladı                        Prezident komitə sədrini icra başçısı təyin etdi                       
Tarix: 16-07-2024, 10:25

Yayın son günləri olmasına baxmayaraq, havanın hərarəti kifayət qədər yuxarıdır. Bəs sərinlənmək üçün nə etməli? BBC Future bir neçə variantı nəzərinizə çatdırır.

Bu il yay fəsli dünyanın hər bir yerində isti havalarla müşayiət olunub. Bəzi ölkələrdə hələ də davam edən günəşli günlərdə müxtəlif sərinlənmə üsullarına nəzər salmışıq. Bəs bu üsullardan hansını elmi araşdırmaların nəticələri də dəstəkləyir? Gəlin baxaq...

İsti yoxsa, soyuq içkilər qəbul etmək?

İsti havalarda çoxlu maye qəbul etmək ən düzgün seçimdir. Belə ki, böyrəklərimizi qorumaq məcburiyyətindəyik. Lakin mayeni buz kimi soyuq və ya isti içmək barədə müzakirələr var.

İsti içkinin arxasında yatan nəzəriyyə onun insanı daxildən müvəqqəti isitdiyidir. Bu halda daha çox tərləyir və sərinlənmiş olursunuz. İnsan bədəni saatda iki litrə qədər tər ifraz edə bilər ki, bu, əsas bədən temperaturuna çatmaq üçün effektiv bir vasitədir.

Lakin həmin tər yeni maye ilə əvəz olunmalıdır. Əks halda quruluq baş verə bilər və buna görə də bəziləri isti içkidən yan keçməyi məsləhət bilir.

Bəziləri isə həddən artıq çay və ya qəhvə içməməyi tövsiyə edirlər. Çünki onların tərkibində quruluq yaradan kofein var. Fəqət normal miqdarda qəbul edilən kofeinin sidikqovucu xüsusiyyəti barədə dəlil demək olar ki, yoxdur.

Doğrudur ki, soyuq içkinin üstünlüyünü göstərən araşdırmalar çox olub. İsti və ya soyuq içkilərin qəbulu zamanı bədən temperaturunu nəzərdən keçirən sınaqlar da az olmayıb və müəyyənləşib ki, hərarəti aşağı endirən ən effektiv vasitə soyuq içkilər qəbul etməkdir.

Lakin bu qənaətlərin bir problemli tərəfi var: temperaturu ölçmək üçün istifadə edilən metod. Ürəkli könüllülərin bədən hərarəti düz bağırsağa yeridilən termometr vasitəsilə ölçülür.

Ottava Universitetinin termo-tənzimləyici fiziologiya üzrə dosenti Ollie Jay-in vurğuladığı kimi, soyuq içkidəki maye birbaşa termometrə yaxın bir hissəyə - mədəyə gedir. Buna görə də hərarətin aşağı düşdüyünü görürük.

Onun komandası bədənin müxtəlif hissələrinə yerləşdirilən səkkiz termometrlə sınaqlar həyata keçirdikdən sonra, tərin artma reaksiyası əsasında isti içkilərin bədəni daha sərinləşdirdiyi qənaətinə gəlib.

Beləliklə, isti içkilər təri artıraraq sizi daha sərin saxlaya bilər. Bununla belə, isti içki bəzi məqamlarda bu işin öhdəsindən gəlməz: son dərəcə rütubətli havada və tərin buxarlanmasının qarşısını alan qalın paltarlar geyinəndə. Bu zaman soyuq içki qəbul edin.

 

Ventilyator almaq?

Ventilyator mehi ilk baxışdan insanı sərinlədir, ancaq havanı soyutmur. Onlar havanın yerini dəyişərək bədənin sərinlənmək üçün yaratdığı normal üsulların effektivliyini artırmaq məqsədilə meh əmələ gətirir.

Ventilyatorlardan geniş istifadə olunur. Hətta günvurmadan əziyyət çəkən üç nəfərin işıq vertolyotunun yaratdığı havadan sərinlənməsi barədə dəlil də mövcuddur.

Lakin bu dəlillər qarışıqdır. Cochrane Reviews-un müəllifləri dünya üzrə ən yaxşı nəticələri axtarır, təhlil edir və müxtəlif üsulların effektivliyi və ya əks təsiri barədə qənaətlərə gəlməyə çalışırlar.

Onların 2012-ci ildə bu məqsədlə ventilyatorlar barədə məlumat toplamaq cəhdinə isə sınaqların azlığı mane olmuşdu. Araşdırmaların əksəriyyəti müşahidə xarakterli olduğuna görə, bəzilərində ventilyatorların köməyə çatdığı göstərilmiş, bəzilərində isti havada bir işə yaramadığı irəli sürülmüşdü.

Ümumilikdə düşünülür ki, ventilyator temperatur 35 selsiyə qədər olan zaman işə yarayır. Bundan yuxarı göstəricidə ventilyator isti havanı bədənə üfləyəcək və narahatlığa səbəb olacaq. Yəni, əgər hava son dərəcə istidirsə, ventilyator quruluğu artıra bilər.

Rütubət zamanı da ventilyatorlar effektiv olmur. Hava bir yerdən başqa yerə hərəkət etsə də, nəmli olduğundan tərin buxarlanmasını çətinləşdirir.

Lakin nəzarətli sınaqlar aparılmayana qədər ventilyatorların dəqiq təsirini əminliklə deyə bilmərik və bu cür sınaqları planlamaq da asan deyil. Araşdırmaçıların isti havalar başlayar-başlamaz ləvazimat və vəsaitləri hazır olmalıdır. Hətta bu halda belə, temperaturun düzgün səviyyəyə çatması üçün bir neçə ilə gözləməli ola bilərlər.

Əmin olduğumuz bir şey var: ventilyatorlar heç də həmişə uzunmüddətli çıxış yolu olmur. 1999-cu il Ohayo ştatının Cincinnati şəhərində 17 nəfər istidən həyatını itirmişdi və onların ventilyatoru onlar ölü tapılan zaman mənzillərində işləyirmiş.

Biz onların ventilyator olmasa daha tez öləcəyini və ya çox isti binalarda yaşadıqlarına görə ventilyator aldıqlarını bilmirik.

Nəticə: Daha çox məlumata ehtiyac var... lakin əgər ən az 37C dərəcə istidirsə, ventilyatoru söndürməməyə dəyər.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031