Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 10-01-2025, 23:27

 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirlinin Shir.az-a müsahibəsi.

- Paytaxt yollarında hərəkət iştirakçılarının təhlükəsizliyi necə təmin olunur?

“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə hərəkət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. Xüsusilə də baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində preventiv addımlar atılır. Təbii ki, bu məsələdə hərəkət iştirakçıları özləri də məsuliyyətli olmalı və qaydalara ciddi şəkildə riayət etməlidirlər. Lakin, təəssüflə qeyd etməliyəm ki, dəfələrlə edilən xəbərdarlıqlara, həyata keçirilən tədbirlərə baxmayaraq bəzi sürücü və piyadaların qaydalara biganə yanaşması, nəticədə xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur.”

-Qəza demişkən, hadisələrinin baş verməsinə səbəb olan amillər barəsində nə deyə bilərsiniz?

“Qəzaların baş verməsinə səbəb kimi ən başlıca məqam yolda müəyyən edilmiş sürət həddinin aşılmasıdır. Sürət yüksək olduğu təqdirdə qəza riski də artır. Bununla yanaşı ara məsafəsinin düzgün saxlanılmaması, sükan arxasında mobil telefondan istifadə, yolayrıcını keçmə, manevr etmə, eləcə də nasaz nəqliyyat vasitələrinin istismarını qeyd etmək olar. Məlumat üçün bildirim ki, baş verə biləcək qəzaların qarşısının alınması istiqamətində apardığımız tədbirlər nəticəsində hadisələrin, həyatını itirənlərin və xəsarət alanların sayında azalma müşahidə olunub. Məqsədimiz hadisələrin sayını minimuma endirməkdir.”

-Əsas məsələlərdən olan sıxlıqların qarşısının alınması istiqamətində hansı addımlar atılır?

“Bildiyiniz kimi, sıxlıq hər bir ölkənin böyük şəhərlərində yaşanan bir haldır. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri vardır. Əlbəttə ki, sıxlıqların yarana biləcəyi ərazilərdə əməkdaşlarımız tərəfindən qarşısının alınması istiqamətində nəzarət tədbirləri həyata keçirilir. Əksər hallarda hərəkətin intensiv olduğu yollarda bəzi sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması sıxlığın yaranmasına səbəb olur. Xüsusilə də söhbət dayanma və durma qaydalarından gedir. Sürücü nəzərə almalıdır ki, nəqliyyat vasitəsini qadağan edilən yerdə saxlaması yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsi ilə yanaşı, yol-nəqliyyat hadisəsinin də baş verməsinə də real zəmin yaradır.”


 -Avtobus zolağına daxil olan sürücülərlə bağlı mübarizə tədbirləri necə aparılır?

“Məlumdur ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün paytaxtın bir çox küçə və prospektlərində xüsusi zolaqlar ayrılıb. Tərəfimizdən həmin zolağa digər nəqliyyat vasitələrinin daxil olmasının qarşısının alınması istiqamətində nəzarət tədbirləri həyata keçirilir. Qeyd etdiyim zolağa daxil olaraq hərəkət edən və ya dayanma və durma qaydalarını pozan digər nəqliyyat vasitələri sürücüləri barəsində də inzibati tənbeh tədbirləri görülür. Əsas məqsəd ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsidir ki, sürücülər də bu məsələdə məsuliyyətli olmalıdırlar.”

-Son olaraq hərəkət iştirakçılarına tövsiyəniz

“Hərəkət iştirakçılarının hər biri yol hərəkəti qaydalarına ciddi şəkilə riayət etməli, özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altına atmamalıdırlar. Sürücülər yolda müəyyən edilmiş sürət həddini aşmamalı, sürəti metereolji şəraitə uyğun seçməli, yol nişanları və yolun hərəkət hissəsinin işarələrinin tələblərinə düzgün riayət etməlidirlər. Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində qaydalara səthi yanaşmamalı, onların hərəkəti üçün nəzərdə tutulmuş yeraltı, yerüstü və piyada zolaqlarından istifadə edərək keçməlidirlər. Unutmaq olmaz ki, ani diqqətsizlik arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər.”

Nazlı Onur

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031