Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 19-11-2025, 13:30

Bakıda Türk Qızıl Aypara Şəbəkəsinin yüksək səviyyəli toplantısı keçirildi

19 noyabr 2025-ci il tarixində Bakı şəhəri Türk Dövlətləri Təşkilatının (TDT) XI Zirvə Görüşündə təsdiqlənmiş Türk Qızıl Aypara Şəbəkəsinin (TQS) yüksək səviyyəli toplantısına ev sahibliyi edib. Toplantıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın Qızıl Aypara və Qızıl Ay cəmiyyətləri iştirak edib. Türkmənistan və Şimali Kipr Qızıl Ay cəmiyyətləri isə müşahidəçi qismində tədbirə qatılıb.

Tədbir proqramı ulu öndər Heydər Əliyevin Fəxri Xiyabanda məzarının, eləcə də ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə ehtiram olaraq Şəhidlər Xiyabanı və Türk Şəhidliyinin ziyarəti ilə başlayıb.

Qeyd edək ki, TDT-yə üzv ölkələrin Qızıl Aypara cəmiyyətlərinin prezidentlər şurasının ilk iclası 12 noyabr 2025-ci ildə işə başlayıb və burada 2025–2026-cı illər üçün strateji fəaliyyət istiqamətləri müzakirə olunub. Həmçinin, ötən il Bişkekdə keçirilən toplantıda Türk dövlətlərinin Qızıl Aypara cəmiyyətləri tərəfindən “Qırmızı Şəbəkə” platforması təsis olunub və bu il Qırğızıstan Qızıl Aypara Cəmiyyəti tərəfindən başlanan fasilitasiya prosesinin genişləndirilməsinin Azərbaycanda davam etdirilməsi nəzərdə tutulub.

Toplantının əsas məqsədi TQS-in 2025-ci il fəaliyyətlərinin geniş təhlili, üzv milli cəmiyyətlər arasında humanitar əməkdaşlıq istiqamətində əldə olunan nəticələrin qiymətləndirilməsi, eləcə də 2026-cı il üzrə Fəaliyyət Planının müəyyənləşdirilməsi olub. Sessiyalar zamanı iştirakçılara həyata keçirilmiş layihələr, regional tərəfdaşlıq mexanizmləri və humanitar koordinasiya sahəsində görülmüş işlər barədə təqdimatlar edilib.

Tədbirin ikinci hissəsində 2026-cı il üçün uzunmüddətli hədəflər, prioritet fəaliyyət istiqamətləri və üzv cəmiyyətlərin birgə öhdəlikləri müzakirə olunub. Müzakirələr zamanı iqlim dəyişiklikləri, fəlakətə hazırlıq, rəqəmsallaşma, innovasiya və könüllülərlə iş kimi tematik istiqamətlərin növbəti ilin fəaliyyət planına inteqrasiyası barədə fikir mübadiləsi aparılıb. Bu istiqamətlər 2026-cı ildə Türkiyədə keçiriləcək TDT Zirvə Bəyannaməsinin humanitar bölməsinə töhfə verəcək.

Rəsmi açılışda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov, Xarici İşlər Nazirinin müavini Samir Şərifov, TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev, Türkiyənin Kızılay rəhbəri Prof. Dr. Fatma Meriç Yılmaz, Qırğızıstan Qızıl Aypara Cəmiyyətinin prezidenti Çingiz Caliykov, Qazaxıstan Qızıl Aypara Cəmiyyətinin prezidenti Yerkeebat Argumbayev, Özbəkistan Qızıl Aypara Cəmiyyətinin rəhbəri Zafarcon Raxmanov, Türkmənistan nümayəndəsi Maral Açilova və Şimali Kipr Qızıl Ay Cəmiyyətinin prezidenti Sezai Sezen çıxış ediblər.

Daha sonra Türk Kızılayının nümayəndəsi Banu Ertuğrul tərəfindən 2025-ci il üzrə TQS İcmalı təqdim olunub. Türk Kızılayının Beynəlxalq Əlaqələr və Miqrasiya üzrə Baş direktoru Alper Küçük isə 2026-cı il Strateji Yol Xəritəsinə dair təqdimatla çıxış edib.

Tədbir üzv ölkələrin humanitar əməkdaşlıq və həmrəyliyini təsdiqləyən Türk Qızıl Aypara Şəbəkəsi Bəyannaməsinin imzalanması ilə başa çatıb. Sonda xatirə fotosu çəkilib və rəsmi hədiyyələr təqdim olunub.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930