Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 6-11-2025, 12:30

Novruz Aslan: "Üçrəngli bayrağımız - Qürurumuzun, zəfərimizin və birliyimizin rəmzi"

“Artıq beşinci ildir ki, Azərbaycan xalqı müstəsna tarixi və siyasi əhəmiyyət kəsb edən 9 noyabr – Dövlət bayrağı gününü qalib xalq, qalib ölkə olaraq qeyd edir. Bu günün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Şərqin ilk demokratik respublikasının üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və Nazirlər Şurasının binası üzərində qaldırılıb. 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuş bu bayraq 70 illik fasilədən sonra ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Bundan sonra yenə də Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.”

Bu sözləri Shir.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili daha sonra bildirib ki, 44 günlük Vətən müharibəsinin gedişində qəhrəman hərbçilərimiz müqəddəs Bayrağımızı hər gün yeni azad olunmuş bir yaşayış məntəqəsində dalğalandırmaqla bizə sonsuz qürur yaşatdılar: “Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində başlanmış Vətən müharibəsinin hər yeni günündə Azərbaycanın Dövlət Bayrağı azad olunmuş növbəti ərazidə dalğalanırdı. Bu proses 44 gün ərzində fasiləsiz davam etdi. Nəhayət 2020-ci ilin noyabr ayının 10-da Vətən müharibəsi Azərbaycanın tam və qəti qələbəsilə başa çatdı və bu gün Dövlət bayrağımız artıq ölkəmizin bütövlüyü bərpa olunmuş bütün ərazisində, hər bir şəhər və rayonumuzda, qəsəbə və kəndimizdə əzəmətlə dalğalanır. 2023-cü il oktyabr ayının 15-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın Dövlət Bayrağını Xankəndidə şəxsən qaldırmaqla qürurumuza bir daha qürur qatdı. Ulu Öndər Heydər Əliyev milli birliyin formalaşmasında bayrağın rolunu vurğulayaraq demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bu müdrik nəsihəti özünün həyat amalına çevirən Azərbaycan xalqı müqəddəs bayrağımızın altında, Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək yaratdığı dəmir yumruqla düşməni məhv etdi, ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa elədi” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031