Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 13-11-2025, 12:30

Novruzəli Aslanov: Prezidentin çıxışı dövlət idarəçiliyində yeni düşüncə mərhələsidir

“Cənab Prezident İlham Əliyevin yeni təyin olunmuş rayon icra hakimiyyəti başçılarını qəbul edərkən səsləndirdiyi fikirlər müasir dövlət idarəçiliyinin ideoloji əsaslarını bir daha ortaya qoydu. Dövlət başçısının məmurlara ünvanladığı mesajın mərkəzində xalqa xidmət anlayışı dayanır. “İlk növbədə xalqa xidmət etmək, xalqla bir yerdə olmaq” çağırışı əslində Azərbaycanın dövlət idarəçiliyinin fəlsəfəsini ifadə edir. Bu, yalnız inzibati tapşırıq deyil, həm də mənəvi borc və məsuliyyət prinsipidir. Cənab Prezidentin “böyük etimad göstərilir və bu etimadı doğrultmaq lazımdır” fikri göstərir ki, yeni təyinatlar sadəcə kadr dəyişiklikləri deyil, həm də yeni düşüncə tərzinin nümayişidir. Bu gün ölkədə şəffaf, məsuliyyətli, vətəndaşla təmasda olan idarəetmə modeli formalaşır və bu prosesin başında şəxsən dövlət başçısı özü dayanır.”

Shir.az xəbər verir ki, bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili daha sonra Ölkə Prezidentinin çıxışında xüsusilə iki əsas istiqaməti ön plana çəkərək bunları deyib: “Korrupsiyaya qarşı qəti mübarizə və sosial ədalətin təmin olunması. Cənab Prezident İlham Əliyev öz çıxışında məhz bu iki məqamı heç də təsadüfən xüsusi vurğulamadı. Məsələ bundadır ki, bu istiqamətlər bir-birini tamamlayır, çünki dövlət idarəçiliyində şəffaflıq yalnız sosial ədalətin bərqərar olduğu şəraitdə mümkün ola bilər. Prezident açıq şəkildə bəyan etdi ki, əyri yola gedən heç bir məmur cəzasız qalmayacaq. Bu, həm məsuliyyətli dövlət qulluqçularına stimul verir, həm də cəmiyyətə inam aşılayır. Məmurların təvazökar davranışına, ailə üzvlərinin etik davranışına qədər diqqət yetirilməsi göstərir ki, cənab Prezident idarəçiliyi təkcə iqtisadi və inzibati deyil, həm də mənəvi məsuliyyət müstəvisində qiymətləndirir. Məhz bu yanaşma sayəsində Azərbaycanın dövlət idarəçiliyi sistemində sağlamlaşma prosesi artıq dönməz xarakter alır. Dövlət başçısının bölgələrin inkişafı ilə bağlı vurğuladığı məsələlər isə Azərbaycanın iqtisadi dirçəliş xəritəsini tam aydın şəkildə əks etdirir. Elektrik enerjisi, yollar, içməli su, sosial obyektlər, kənd təsərrüfatı və turizm sahəsində həyata keçirilən layihələr regionlarda həyat səviyyəsini köklü şəkildə dəyişib. Cənab Prezident İlham Əliyev artıq bu mərhələdə əsas məqsədin “keyfiyyət və dayanıqlılıq” olduğunu qeyd edir. Yəni məqsəd sadəcə obyekt tikmək deyil, insan rifahını təmin edən uzunmüddətli sistem qurmaqdır. Ekoloji tarazlığın qorunmasından tutmuş iş yerlərinin artırılmasına qədər bütün istiqamətlərdə cənab Prezidentin diqqəti insan amili üzərində cəmlənib. Bu çıxış, əslində, Azərbaycanın gələcək inkişafının yol xəritəsidir. Dövlətlə xalqın birliyi, məsuliyyətlə etimadın qovuşduğu bir mərhələnin proqramı” - deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930