Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 11-11-2025, 16:30

Ağ Ölümə Qarşı Birlikdə: Nərimanovda Maarifləndirici Tədbir

Nərimanov Rayon Polis İdarəsinin təşəbbüsü ilə 45 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək, gələcəyimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən igid oğullarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Narkomaniyanın dünyanı məhvə sürükləyən və qarşısı alınmaz bəlaya çevrildiyini deyən Rayon Polis İdarəsinin rəisi polis polkovniki Arzu Heydərov  onunla mübarizədə bütün dövlət qurumlarının səfərbər olduğunu diqqətə çatdırıb.
O, bildirib ki, bu gün ölkəmizdə gənclərin layiqli vətəndaş kimi formalaşması, onların həyatın bütün sahələrində uğur əldə etmələri, zərərli vərdişlərdən uzaq durmaları  üçün dövlətimiz bütün imkanlarını səfərbər edib.  Paytaxtımızda olduğu kimi, respublikamızın hər bölgəsində idman olimpiya kompleksləri, idman qurğuları tikilib, qurulub və gənclərin ixtiyarına verilib.
Qeyd olunub ki, narkotiklərlə mübarizədə hüquq mühafizə orqanlarının qətiyyətli mübarizə tədbirləri, həmçinin belə maarifləndirici görüşlər  gələcəyimiz olan uşaqları, gəncləri qorumağa yönəlib. Belə ki, ötən müddət ərzində idarənin əməkdaşları tərəfindən keçirilən uğurlu əməlliyyat tədbirləri ilə narkotiklərlə bağlı 222 fakt qeydə alınıb, qanunsuz dövriyyədən 80 kiloqram 642 qram narkotik vasitə çıxarılıb.
Fiziki baxımdan sağlam, zərərli vərdişlərdən uzaq olan gənclərin sayəsində Vətən müharibəsində şanlı Zəfər qazandığımızı, antiterror tədbirlərindən sonra isə suverenlyimizin bərpa olunduğunu vurğulayan tədbir iştirakçıları “ağ ölüm”lə mübarizədə hər birimizin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıblar.

Sonda narkotik vasitələrin zərərlərindən bəhs edən videoçarx nümayiş olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930