
Bu ilin yanvar-iyun ayları ərzində qeydə alınan doğum sayı ötən illə müqayisədə azalıb. Bu barədə Shir.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 48702 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,7-dən 9,6-ya düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız

Bu il avqustun 1-nə Azərbaycanda ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 288,9 min nəfər olub, onlardan isə 5 milyon 5,2 min nəfərini məşğul əhali təşkil edib. Bu barədə Shir.az -a Dövlət Statistika Komitəsindən bildirilib. Bundan başqa, məlumata görə, iyulun 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 760,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 887,5 min nəfər, qeyri-dövlət sektorunda isə 873,3 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda

Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-nin direktoru Orxan Bayramov işdən çıxıb. Shir.az xəbər verir ki, şirkətə rəhbərlik Məmməd Allahverdiyevə həvalə olunub. Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.

Gəncə şəhərinin bir hissəsində qazın verilişi dayandırılıb. Shir.az -ın məlumatına görə, saat 10:00-dan qazın təchizatında fasilə yaranıb. Gəncə Regional Qaz İstismar İdarəsindən bildirilib ki, kipliyə sınaq və digər təmir-bərpa işləri ilə əlaqədar olaraq 2-ci şəhər xəttində (şəhərin bir hissəsi) qaz təminatı dayandırılıb. Qeyd edək ki, görülən işlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

Bu gündən Bakının mərkəzindən Heydər Əliyev Beynəlxalq Aerportuna işləyən ekspress marşrut xətti 24 saat fəaliyyət göstərəcək. Shir.az bu barədə "BakuBus" MMC-yə istinadən xəbər verir. Marşrut xətti üzrə avtobuslar gündüz saatlarında 20 dəqiqəlik intervalla (indiyə qədər 25 dəqiqə idi), gecələr isə 45 dəqiqədən bir hərəkət edəcək.

Avqustun 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Şabran, Siyəzən, Şamaxı, Qobustan, Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Cəbrayıl, Salyan, Şirvan, Biləsuvar, Neftçala, Cəlilabad, Naxçıvan, Ordubad və Culfada

Bu gün Bakının Xəzər, Qaradağ və Yasamal rayonlarının qaz təchizatında fasilə yaranacaq. Shir.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir. Məlumata görə, avqustun 14-də saat 09:00-dan "Zabrat-Buzovna-Türkan" magistral qaz kəmərinin 21,5-ci km-də və saat 10:00-dan Yasamal rayonunun Rahim Məmmədov küçəsində qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi, saat 09:30-dan isə “Lökbatan” QPS-də sənaye qaz

Avqustun 14-ü gündüz əsasən dağlıq ərazilərdə, 15-dən 16-sı axşamadək isə bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Avqustun 15-də axşamdan 16-sı səhərədək əksər

Son aylar ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti respublikanın şimal bölgəsində, o cümlədən Lahıc-Dəmirçi-Şamaxı yolunda və digər avtomobil yol infrastrukturunda müəyyən fəsadlara səbəb olub. Shir.az -ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, növbəti günlərdə də Azərbaycanın əksər bölgələrində yağıntılı hava şəraiti gözlənilir. Onun sözlərinə görə, yağıntıların arabir leysan

Abşeron çimərliklərində avqustun 14-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

























