Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 5-03-2026, 18:30

Naxçıvana hücum və həqiqətin ünvanı


Bu gün baş verən hadisələrlə bağlı fikrimi bölüşmək istəyirəm…

Səhər saatlarından etibarən İran ərazisindən Naxçıvana pilotsuz uçuş aparatları ilə hücum edildiyi barədə məlumatlar yayıldı. Hədəf alınan yerlər arasında hava limanı, məktəb və mülki infrastruktura aid obyektlərin olduğu bildirildi. Təəssüf ki, bu hadisə nəticəsində xəsarət alanların olduğu barədə də məlumat verildi. Bu cür hadisələr təbii olaraq hər birimizi narahat edir. Çünki söhbət birbaşa dövlətimizin təhlükəsizliyindən, vətəndaşlarımızın həyatından və ölkəmizin suverenliyindən gedir.

Belə məqamlarda cəmiyyətdə müxtəlif fikirlərin səslənməsi də təbiidir. Kimisi deyir ki, bunu İran edib, kimisi isə iddia edir ki, bu başqa qüvvələrin oyunu və siyasətidir, məqsəd isə Azərbaycanla İran arasında gərginlik yaratmaqdır. Sosial şəbəkələrdə, mediada, müxtəlif platformalarda hər kəs öz baxış bucağını paylaşır.

Amma mən düşünürəm ki, belə həssas və mürəkkəb məsələlərdə emosiyalarla yox, dövlətin rəsmi mövqeyi ilə hərəkət etmək daha doğru yanaşmadır. Açıq desək, biz cənab prezidentdən daha çox məlumatlı deyilik. Dövlət başçısının əlində həm təhlükəsizlik strukturlarının məlumatları, həm diplomatik kanallardan əldə olunan informasiyalar, həm də bizim bilmədiyimiz çoxsaylı faktlar var. Bu səbəbdən də hadisələrin arxa planını və həqiqi mahiyyətini ən yaxşı bilən şəxs məhz dövlət başçısıdır.

Az öncə çıxışında cənab prezident xüsusi olaraq vurğuladı ki, bu, İranın Azərbaycana qarşı törətdiyi ilk təxribat və ya terror xarakterli hadisə deyil. O xatırlatdı ki, Azərbaycan dövləti hər zaman qonşuluq münasibətlərinə hörmətlə yanaşıb və ən çətin məqamlarda belə qarşı tərəfə ehtiram göstərib.

Prezident qeyd etdi ki, İranın ali dini liderlərindən biri olan Xomeyni vəfat edəndə bir çox dövlət başçıları İran səfirliyinə gedib başsağlığı verməmişdi. Lakin buna baxmayaraq, Azərbaycan Prezidenti şəxsən İran səfirliyinə gedərək başsağlığını bildirmişdi. Bu addım Azərbaycanın diplomatik mədəniyyətinin, insani dəyərlərə və qonşuluq münasibətlərinə verdiyi önəmin bariz nümunəsi idi.

Bu gün isə baş verən hadisələr təbii olaraq cəmiyyətdə ciddi suallar yaradır. Çünki Azərbaycan hər zaman regionda sülhün, sabitliyin və qarşılıqlı hörmətin tərəfdarı olub.

Mən də bir Azərbaycan Respublikasının vətəndaşı və jurnalist olaraq belə həssas məsələlərdə öz mövqeyimi açıq şəkildə ifadə edirəm: mən dövlətimin və prezidentimin yanındayam. İnanıram ki, ölkəmizin təhlükəsizliyi, milli maraqları və gələcəyi ilə bağlı ən doğru qərarları məhz dövlət başçısı verir. Hər şeyin nə vaxt və necə edilməli olduğunu, hansı addımın nə zaman atılmalı olduğunu o, hamımızdan daha yaxşı bilir.

Belə məqamlarda ən vacib məsələ birlik və həmrəylikdir. Dövlətimizin yanında olmaq, emosiyalara qapılmadan sağlam düşüncə ilə davranmaq və milli maraqları hər şeydən üstün tutmaq hər birimizin borcudur. 

Nazlı Onur

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930