Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       
Tarix: 6-03-2026, 11:00

Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir

Martın 5-də Naxçıvana qarşı həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumları regionda onsuz da həssas olan təhlükəsizlik balansını ciddi şəkildə sarsıdıb.

Bu fikirləri Shir.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib. Deputat bildirib ki, İran ərazisindən havaya qalxan dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb yaxınlığına düşüb. Onun sözlərinə görə, seçilən hədəflər hadisənin təsadüfi deyil, müəyyən mesaj vermək məqsədi daşıdığını göstərir.

Millət vəkili qeyd edib ki, Azərbaycan uzun illərdir qonşuluq münasibətlərində sabit və konstruktiv mövqe nümayiş etdirib və ölkə ərazisi heç vaxt İran üçün təhlükə mənbəyi olmayıb. Əksinə, rəsmi Bakı dəfələrlə humanitar və diplomatik jestlərlə sülhə sadiqliyini göstərib.

“İranda baş verən hadisələr fonunda Azərbaycan Prezidentinin qonşu ölkəyə humanitar yardım imkanlarını nəzərdən keçirməsi də sülhməramlı niyyətin göstəricisi idi. Bu fonda mülki infrastruktura qarşı hücum qərarı siyasi etikaya açıq ziddiyyət təşkil edir”, – deyə deputat bildirib.

Novruzəli Aslanov vurğulayıb ki, Azərbaycanın suveren ərazilərinə qarşı həyata keçirilən bu hücumla bağlı elə həmin gün Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı çıxışında hadisəni Azərbaycan dövlətinə qarşı terror aktı kimi qiymətləndirib və bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib.

Deputatın sözlərinə görə, hava limanı istənilən ölkənin mülki həyat damarlarından biridir və oraya zərbə endirmək təkcə infrastruktura ziyan vurmaq deyil, insanların təhlükəsizlik hissini sarsıtmaq deməkdir. O əlavə edib ki, məktəb ətrafında baş verən partlayış isə potensial olaraq uşaqların həyatını riskə atmaqla psixoloji təsir yaratmağa hesablanmış addım təsiri bağışlayır.

“Beynəlxalq hüquq mülki obyektlərin toxunulmazlığını açıq şəkildə qoruyur və bu prinsipin pozulması ciddi siyasi məsuliyyət doğurur. Diplomatik jestləri hərbi təzyiqlə əvəzləmək regionda etimad mühitini sarsıdır”, – deyə millət vəkili bildirib.

Novruzəli Aslanov xatırladıb ki, bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törədilmişdi və Azərbaycan həmin hadisəyə də sərt reaksiya vermişdi. Onun sözlərinə görə, bu dəfə də rəsmi Bakı dövlətin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qətiyyətlə cavab verəcək.

Deputat sonda vurğulayıb ki, regionun gələcəyi hərbi jestlərdən deyil, qarşılıqlı hörmət və beynəlxalq hüquqa sadiqlikdən asılıdır. Onun sözlərinə görə, hazırda İranın seçdiyi xətt bu prinsiplərin əks istiqamətindədir və bu səbəbdən də haqlı olaraq kəskin şəkildə pislənir.

Ana səhifəyə qayıt

Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930