
Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Shir.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Pakistanın Baş naziri İranın Azərbaycana qarşı həyata keçirdiyi hərbi hücumu və terror aktlarını qətiyyətlə pislədiyini bildirib. Şahbaz Şərif vurğulayıb ki, bu çətin gündə Pakistan dövləti və ordusu Azərbaycan dövləti və ordusunun yanında dayanır və Azərbaycan hər zaman Pakistana güvənə bilər.
Pakistanın Baş naziri Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyini xüsusi qeyd edib.
Prezident İlham Əliyev isə göstərilən dəstək və həmrəyliyə görə minnətdarlığını bildirib. Dövlət başçısı Azərbaycanın da qardaş Pakistanın haqq işini hər zaman müdafiə etdiyini vurğulayıb.
Prezident qeyd edib ki, İran tərəfindən Azərbaycana qarşı törədilən terror aktının Pakistan tərəfindən kəskin şəkildə qınanması iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha bir göstəricisidir.
Telefon danışığı zamanı Prezident İlham Əliyev və Baş nazir Şahbaz Şərif yaxşı və çətin günlərdə Azərbaycan və Pakistanın daim bir-birinin yanında olduqlarını, qarşılıqlı dəstək göstərməyə hər zaman hazır olduqlarını vurğulayıblar.














































