
İran tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktının Pakistan tərəfindən kəskin şəkildə qınanılması iki ölkə arasındakı dostluq münasibətlərinin bir daha təsdiqi kimi qiymətləndirilib.
Shir.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı səsləndirib.
Dövlət başçısı qeyd edib ki, Pakistanın Azərbaycanın yanında olduğunu açıq şəkildə bəyan etməsi Azərbaycan-Pakistan qardaşlığının gücünü bir daha nümayiş etdirir.
Telefon danışığı zamanı Prezident İlham Əliyev və Baş nazir Şahbaz Şərif yaxşı və çətin günlərdə iki ölkənin daim bir-birinin yanında olduqlarını vurğulayıblar. Tərəflər Azərbaycan və Pakistanın hər zaman qarşılıqlı dəstək göstərməyə hazır olduqlarını bildiriblər.














































