Hacı Şahinin yerinə təyin olunan imama sui-qəsd təşkil olunub - Məhkəməsi keçirilir
(31-07-2024, 09:41)
(31-07-2024, 09:41)

“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Hüseynov Elşən Fəxrəddin oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Shir.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Qeyd olunub ki, Elşən Hüseynov 1983-cü ildə Bakı şəhərində anadan olub, rəsmi heç yerdə işləməyib. Məhkəmədə onun hüquq və vəzifələri

HƏMAS lideri İsmayıl Haniyəyə yönəlmiş sui-qəsd qorxaqca atılmış bir addım və təhlükəli bir irəliləyişdir. Shir.az xəbər verir ki, bu sözləri Fələstin Prezidenti Mahmud Abbas deyib. O, Fələstin xalqını İsrail işğalına qarşı dirəniş göstərməyə və birlik olmağa çağırıb. Qeyd edək ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahının raket atəşinə tutulması nəticəsində İsmayıl Haniyə və onun 1 mühafizəçisi öldürülüb.

İranın paytaxtı Tehranda Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında səmimi görüş olub . Shir.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. Qeyd edək ki, bu gün İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi olub. Əli Əsədov və Hakan Fidan da mərasimdə iştirak ediblər
Türkiyə Prezidenti: Qarabağ azad olunanda bəziləri ermənilərin əsassız iddialarını müdafiə edirdilər
(30-07-2024, 17:07)
(30-07-2024, 17:07)

Qarabağ işğaldan azad olunanda bəziləri ermənilərin əsassız iddialarını müdafiə edirdilər . Shir.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rayon rəhbərləri ilə görüşündə deyib. O bildirib ki, həmin qüvvələr Türkiyənin Liviyaya, Afrikaya dəstəyinə də kölgə salmağa çalışırdılar. R.T.Ərdoğan vurğulayıb ki, bu qüvvə daxildəki müxalifət və Cümhuriyyət Xalq Partiyasıdır (CHP). Prezident qeyd edib ki, Türkiyə qardaşlarını heç vaxt

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad olunub. Shir.az Reporta istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 30 iyul 2024-cü il tarixli Sərəncama əsasən, Namiq Nəriman oğlu Paşayev Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad edilib. Həmçinin eyni tarixli digər Sərəncamla Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi təyin

İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi Tehranda parlamentin binasında keçirilib. Shir.az xəbər verir ki, məlumatı İran KİV-i yayıb. Bildirilib ki, təntənəli andiçmə mərasimində 80 dövlətdən rəsmi qonaqlar iştirak edib. İran konstitusiyasının 121-ci maddəsinə əsasən, Məsud Pezeşkian parlament üzvləri, Konstitusiya Keşikçiləri Şurasının üzvləri və məhkəmə hakimiyyəti başçısını qarşısında and içib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın "Eni S.p.A." şirkəti arasında enerji keçidi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Shir.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mİkayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. "Enerji layihələri və enerji keçidi üzrə təşəbbüsləri əhatə edən əməkdaşlığa dair Anlaşma Memorandumu" enerji təhlükəsizliyinin gücləndirilməsinə və energetika sektorunda innovativ həllərin təşviqinə töhfəsini

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. Shir.az xəbər verir ki, iyulun 30-da Baş prokuror Kamran Əliyev Nərimanov rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Nərimanov rayon və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Qəbulda iştirak edən 63 nəfər

İyulun 31-də saat 09:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. Bu barədə Shir.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən
Milli Məclisə növbədənkənar seçkilərdə MDB missiyasına Leonid Anfimov rəhbərlik edəcək
(30-07-2024, 15:35)
(30-07-2024, 15:35)

MDB baş katibinin birinci müavini Leonid Anfimov sentyabrın 1-də Azərbaycanın Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Birlikdən olan müşahidəçilər missiyasına rəhbərlik edəcək. Shir.az TASS-a istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

























