
Bu gün saat 01:45 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus yük qatarı Biləcəri-Keşlə sahəsində hərəkətdə olarkən 1994-cü il təvəllüdlü Əsədzadə İlham İntiqam oğlu dəmir yolu xəttini qadağan olunmuş yerdən keçməyə cəhd edib, elektrovoza toxunaraq bədən xəsarəti alıb. Shir.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya çatdırılıb. Hazırda yaralının vəziyyəti normaldır. "ADY

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli işdən azad olunub Shir.az xəbər verir ki, o, öz ərizəsi əsasında işdən çıxarılıb. T.Məmmədlinin əmək fəaliyyətini digər nazirlikdə davam etdirəcəyi bildirilir.
İcma: Ermənistan Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına şərait yaratmalıdır
(30-07-2024, 11:28)
(30-07-2024, 11:28)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən Azərbaycan-Ermənistan normallaşma prosesini təhrif edən açıqlamalar verib. Shir.az -ın məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir. Bəyanatda deyilir ki, 30 il ərzində Almatı bəyannaməsinə açıq-aşkar hörmətsizlik nümayiş etdirən, başqa bir ölkənin ərazi bütövlüyünü pozan, sərhədlərin delimitasiyasına və demarkasiyasına imkan verməyən məhz Ermənistan olub: "Sərhəd insidentləri və silahlanma üzərində

Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib. Shir.az xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət, Əziz Qardaşım, Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Biz xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Shir.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "RSM Azerbaijan" MMC-dir. Qalib şirkətə 24 780 manat ödəniləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Nəcəfov Elşən Yunis oğlunun terror aktı hazırlığında ittiham olunması ilə bağlı cinayət işinə baxılır. Shir.az xəbər verir ki, iş materiallarına əsasən, 38 yaşlı Elşən Nəcəfov 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Ona qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə

İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Shir.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb.

İyulun 29-da ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 74 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Shir.az -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Parisdə keçirilən Yay Olimpiya Oyunlarında azərbaycanlı cüdoçu Hidayət Heydərovu qələbə münasibətilə təbrik edib. Shir.az xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Tanınmış idmançı və ən yaxşı nəticələr əldə edən: bir ildə Avropa, Dünya və Olimpiya çempionu. Hörmətlə!”, - paylaşımda vurğulanıb. Xatırladaq ki, azərbaycanlı cüdoçu Hidayət Heydərov ötən gün Parisdə keçirilən Yay Olimpiya

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Olimpiya çempionu olması münasibətilə Hidayət Heydərovu və Azərbaycanı təbrik edib. Shir.az xəbər verir ki, bu barədə o, "X"də yazıb. "Qızıl medal siyahısına xoş gəldiniz, Azərbaycan! Keçmiş həvəskar cüdoçu kimi mən bir fəndin qalibiyyətə apardığını bilirəm. Təbriklər!", - səfir qeyd edib.

























