
Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib. Shir.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Şuranın üzvü olan rəqəmsal inkişaf və nəqliyyatı nazirinin müavini Samir Məmmədov digər nazir müavini Rəhman Hümmətovla əvəz edilib.

İranın keçmiş prezident Mahmud Əhmədenejata qarşı sui-qəsd cəhdi baş tutmayıb. Shir.az xəbər verir ki, məlumatı “Iran International” yayıb. Bildirilib ki, hadisə 9 və 10-cu hökumətlərin başçısı Mahmud Əhmədenejat və həyat yoldaşı Zəncana səfərə yola düşərkən baş verib. Məlumata görə, qaydalara əsasən, təhlükəsizlik xidmətinin başçısı adətən avtomobilin qabaq oturacağında oturub. Maşını yoxladıqdan sonra o, Mahud Əhmədenejata başqa avtomobildə oturmasını məsləhət görüb. Kərəc-Qəzvin avtomobil
Vəkillər Kollegiyasının Aparat rəhbəri işdən çıxdı, yüksək vəzifəyə təyin olundu
(24-07-2024, 15:26)
(24-07-2024, 15:26)

Vəkillər Kollegiyasının baş katibi (Aparat rəhbəri) Bayram Orucov işdən çıxıb. Shir.az xəbər verir ki, o bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. B.Orucov fəaliyyətini Prezident Administrasiyasında davam etdirəcək. Qeyd edək ki, B.Orucov 1993-cü ildə anadan olub. O, Üçüncü Yüksəliş müsabiqəsinin qalibidir. B.Orucov 2020-ci ildən Vəkillər Kollegiyasının baş katibi (Aparat rəhbəri) vəzifəsində çalışırdı.
XİN: Azərbaycan Rusiyada və digər platformalarda Ermənistanla danışıqlara hər zaman hazır olub
(24-07-2024, 15:20)
(24-07-2024, 15:20)

Azərbaycan Rusiyada və başqa platformalarda Ermənistanla danışıqlara hər zaman hazır olub. Shir.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Moskvanın tərəflərin görüşünü təşkil etməyə hazır olması barədə bəyanatlarına münasibət bildirərkən deyib. “Azərbaycan tərəfi Rusiyada və digər platformalarda Ermənistan tərəfi ilə danışıqlara hər zaman hazır olub”, - o bildirib.

General-leytenant Niyazi Xanbaba oğlu Hacıyev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, N.Hacıyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə təltif edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, cari il iyulun 16-da Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayonu Veyisli kəndi ərazisindən keçən hissəsində 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun avtomobillə vurulması nəticəsində almış olduğu xəsarətlərdən 1 gün sonra xəstəxanada ölməsi faktı ilə bağlı Goranboy RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma
İran xüsusi xidmət orqanları "İslam Dövləti"nin iki liderini və 12 terrorçunu saxlayıb
(24-07-2024, 14:51)
(24-07-2024, 14:51)

İranın Kəşfiyyat Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində 12 terrorçu, o cümlədən "İslam Dövləti"nin iki lideri və bir qrup radikal islamçı saxlanılıb. Shir.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Esmail Xətib məlumat verib. “Əməliyyat zamanı 20-yə yaxın qanunsuz miqrant, o cümlədən “İslam Dövləti” və təkfirçi qruplaşmanın lideri olan iki nəfər müəyyən edilərək saxlanılıb”, - ISNA agentliyi onun sözlərini sitat gətirib. E.Xətib qeyd edib ki, bu 20 nəfərdən

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qusar rayonunda 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən, 23 km uzunluğa malik Qusar‒Xudat (18 km) ‒ Langi ‒ Caqarqışlaq ‒ Urvaoba ‒ Atlıxan ‒ Kuzunqışlaq‒Zindanmuruqqışlaq ‒ Avaranqışlaq avtomobil yolunun asfaltlanmasına başlayıb. Shir.az agentliyə istinadən xəbər verir ki, yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən

Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadəyə iki müavin təyin edilib. Shir.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Belə ki, bu vəzifəyə Namiq Babayev və Bəhrəm Xəlilov təyin edilib. Qeyd edək ki, iyulun 23-də Prezident İlham Əliyevin Fərmanı əsasında DİM-in Müşahidə Şurası yaradılıb, tərkibi təsdiqlənib. Məleykə Mehdi qızı Abbaszadə DİM-in İdarə Heyətinin sədri təyin edilib.

Azərbaycanın 2024-cü ilin dürüstləşdirilmiş dövlət büdcəsinə əsasən 6 ayı üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 252,19 milyon manat proqnoza qarşı 3 milyard 252,22 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub. Bu barədə Shir.az DGK-nə istinadən xəbər verir. Bununla da büdcə öhdəliyi 100 % icra olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük rüsumu və vergi daxilolmalarında artım 176,85 milyon manat və ya 5,8 % təşkil edib

























