
Müxtəlif hüquqpozmalar barədə mətbuatda yayılan məlumatlar əsasında prokurorluq orqanları tərəfindən 8 araşdırma aparılıb, 4-ü üzrə cinayət işi başlanılıb. Shir.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən geniş kollegiya iclasında bildirib. Onun sözlərinə görə, bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub: “Cinayətkarlığa qarşı aparılmış mübarizə sahəsində media nümayəndələrinin göstərdiyi cəhdlər, sərf etdikləri əmək xüsusi qeyd

Türkiyənin tanınmış yazıçısı Ferih Edgü 88 yaşında vəfat edib. Shir.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ədəbiyyatçı Metin Celal bildirib. Onun ölüm səbəbi məlum deyil. F. Edgü “Kimsə”, “O” kimi romanların, “Hakkaridə bir mövsüm” ssenarisinin, “Bütün dərs qeydləri”, “İndi saat neçədi?”, “Yeni dərs qeydləri”, “Davam” kimi esselərin müəllifidir. Əsərləri bir çox dilə tərcümə olunub.

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar Amerika Birləşmiş Ştatlarının (ABŞ) Qlobal Siyasət İnstitutunun professoru Paolo Fon Şirak ilə onlayn vebinar müsahibədə iştirak edib. İcmadan Shir.az -a verilən məlumata görə, dünyanın bir çox ölkəsindən dinləyicilərin qatıldığı vebinar zamanı Paolo Fon Şirak Qərbi Azərbaycan barədə İcma rəsmisinə suallar ünvanlayıb. Ülviyyə Zülfiqar bildirib ki, son 200 ildə azərbaycanlıların
Nigar Arpadarai: Biz iqlim dəyişikliyi ilə mübarizədə inklüziv yanaşmanı istəyirik
(22-07-2024, 14:15)
(22-07-2024, 14:15)

COP özlüyündə hökumətlərarası danışıq deyil, bütün cəmiyyəti əhatə edir. Biz iqlim dəyişikliyi ilə mübarizədə inklüziv yanaşmanı istəyirik. Shir.az xəbər verir ki, bu fikirləri COP29-un BMT-nin İqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "İqlim hərəkatı və media" adlı panel müzakirədə səsləndirib. COP-un böyük proses olduğunu vurğulayan Nigar Arpadarai əlavə edib: “Biz hamını Bakıya dəvət edirik. Çünki hər bir

Şuşada iyulun 20-də öz işinə başlayan və üç gün davam edən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Forumu başa çatıb. Shir.az -ın məlumatına görə, Prezident İlham Əliyevin iştirak etdiyi Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər. Bu barədə Shir.az -ın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O qeyd edib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb: "Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə
Britaniya səfiri Azərbaycanın media işçilərini Milli Mətbuat Günü münasibətilə təbrik edib
(22-07-2024, 13:50)
(22-07-2024, 13:50)

Azad və obyektiv mətbuat firavan cəmiyyətin əsas sütunlarından biridir. Shir.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “X” hesabında yazıb. “Bütün media işçilərini Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edirəm. Azad və obyektiv mətbuat firavan cəmiyyətin əsas sütunlarından biridir. Bugünkü çətin dövrdə belə bütün dünyada media azadlığını müdafiə etməyə sadiqdir”, – paylaşımda bildirilib.

Bu ilin birinci yarımilində 8 prokurorluq işçisi cəzalandırılıb. Shir.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən geniş kollegiya iclasında bildirib. Qeyd edilib ki, həmin müddətdə aparılan xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 3 nəfər vəzifədən azad edilib, 4 nəfərə töhmət və ya şiddətdi töhmət

İyulun 23-də Bakıda 36, rayonlarda 38 dərəcə isti gözlənilir. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi

Xarici ölkələrdən 24 nəfər ekstradisiya edilib. Shir.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən geniş kollegiya iclasında bildirib. Qeyd edilib ki, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində bu ilin birinci yarımili ərzində müxtəlif cinayətlərə görə barələrində beynəlxalq axtarış elan edilmiş 24 nəfər təqsirləndirilən şəxsin xarici ölkələrdə tutularaq Azərbaycana ekstradisiya edilməsi təmin edilib.

























