
Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi partiyanın növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb. Shir.az -ın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Məsələ səsverməyə çıxarılıb və Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Cəbhə Partiyası, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası və Ağ Partiyanın səlahiyyətli nümayəndələri qeydə alıb. Məsələ

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb. Shir.az -ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib. İndiyə qədər 128 müşahidəçi qeydə alınıb. Onlardan 125-i Yeni Azərbaycan Partiyasının müşahidəçiləridir, 3 nəfər isə öz təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib.

Shir.az xəbər verir ki, Azərbaycanın İrandakı səfirliyi 15-20 gün ərzində fəaliyyətini bərpa edəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya Baş İdarəsinin rəhbəri Müctəba Dəmirçilu bildirib.

İyulun 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Komitədən mediaya bildiriblər ki, vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Görüşdə əksəriyyəti məcburi köçkün

Bakının Xətai rayonunda "Sevirəm" parkının genişləndirilməsi üçün bir neçə müddətdir ki, işlərə başlanılıb. Shir.az xəbər verir ki, bunu Trend-ə Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib. O bildirib ki, Kamandar Əhmədov, Həmid Abbasbəyli, Yusif Səfərov və Sergey Senyuşkin küçələrindəki qəzalı vəziyyətdə olan evlər sökülür. Bu park da "Sevirəm" parkının davamı olacaq. Evləri sökülən sakinlərlə müqavilə

VI çağırış Milli Məclisin deputatı Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. Shir.az Reporta istinadən xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə olunub. MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Adil Abış oğlu Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilib. Qərar səsverməyə qoyularaq qəbul olunub.
DİN: Altı ay ərzində vətəndaşlar tərəfindən 1029 odlu silah könüllü təhvil verilib
(9-07-2024, 16:10)
(9-07-2024, 16:10)

Polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər nəticəsində 2024-cü ilin 6 ayı ərzində vətəndaşlar tərəfindən 1029 ədəd odlu silah könüllü təhvil verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Shir.az -a verilən məlumata görə, könüllü təhvil verilən odlu silahlardan 40-ı avtomat, 14-ü tapança, 975-i ov tüfəngi olub. “Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Qanunsuz saxladığı odlu silahı, döyüş

Füsunkar təbiəti, tarixi-mədəni abidələri ilə tanınan Qarabağda geniş turizm potensialı var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün hərtərəfli tədbirlər görülür. İyulun 5-də Prezident İlham Əliyevin iştirakı ilə Xankəndidə açılışı olan “Qarabağ” və “Palace” hotelləri də turizmin inkişafında böyük rol oynayacaq. Shir.az xəbər verir ki, “Qarabağ” hoteli ötən əsrin ortalarında istifadəyə verilib. 2023-cü ildə 24

Bu gün Azərbaycanda diplomatik xidmətlərin yaranmasının 105-ci ili qeyd olunur. Ölkənin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat 1919-cu il iyulun 9-da müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hakimiyyəti dövründə qəbul edilib. Milli diplomatiyanın AXC-nin yaradılmasında və müasir dövrdə müstəqil Asərbaycanın quruculuğu prosesində rolunu nəzərə alaraq, dövlət başçısı iyulun 9-nun diplomatik xidmət orqanları əməkdaşlarının peşə

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də “141” Çağrı Mərkəzinə müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim etmələrini xahiş edir. Shir.az xəbər verir ki, bu barədə AYNA-məlumat yayib. Bildirilib ki, sifariş edilən və ünvana gələn

























