
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktları aşkarlayıb. Shir.az xəbər verir ki, Xidmət pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti, həmçinin əmək münasibətlərinin qanunvericilikdə
Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə sakinlərlə görüşüb - Fotolar
(4-09-2025, 12:30)
(4-09-2025, 12:30)

Milli Məclisin deputatı Novruzəli Aslanov 4 sentyabr 2025-ci il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçiciləri qəbul edib. Shir.az xəbər verir ki, bu dəfəki qəbul rayonun Buynuz kəndində keçirilib. Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Xüsusilə Buynuz kəndlərində yaşanan yol problemi diqqət mərkəzinə gətirilib. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib. Shir.az -ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İsfəndiyar Axundov da iştirak edib. Prosesdə linqivistik ekspertizanın yekunlaşdığı və ekspertizanın rəyinin məhkəməyə daxil olduğu bildirilib. Təqsirləndirilən İsfəndiyar Axundovun vəkilləri prosesə

Sentyabrın 4-ü saat 10:00-a olan məlumata əsasən Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur. Bu barədə Shir.a z-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Culfada 17 m/s-dək güclənir.

Azərbaycan radiosunun binası söküləcək. Shir.az APA-ya istinadla xəbər verir ki, radionun fəaliyyətində fasilə yaranmasın deyə, əməkdaşlar işlərini Azərbaycan Televiziyasının (AzTV) binasında davam etdirəcək. AzTV-nin mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, radionun binası söküldükdən sonra təməlqoyma və yeni binanın tikintisi gözlənilir: “Azərbaycan radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ ki məlum deyil. Bu, gələcək situasiya və əməkdaşların sayına görə dəyişə

Fransa hökuməti bütün dövlət işçilərinə Vatsap kimi xarici proqramlardan istifadə etməyi qadağan edib. Shir.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb. Məlumata görə, bu addım həssas kommunikasiyaları qorumaq və rəqəmsal suverenliyi gücləndirmək məqsədi daşıyır. Yazışmalar isə bundan sonra yalnız Fransanın yerli mesajlaşma proqramı olan “Tçap” vasitəsilə aparılacaq. Qeyd edək ki, bu tip addımların Türkiyədə də atılması gözlənilir.

15 ildir Xəzər Universitetinə təyin olunan rektorların hamısı xaricdən dəvət olunmuşdu. Birinci rektor Nyu York Dövlət Universitetindən, ikinci Ohayodan, üçüncü isə Yeni Zelandiyadan gəlmişdi. Bu dəfə isə öz məzunumuzun namizədliyi üzərində dayandıq. Shir.az xəbər verir ki, bu sözləri Teleqrafa-a açıqlamasında Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı rektor təyinatı ilə bağlı danışarkən deyib. O, yeni rektorun bütün fəaliyyətinin universitetlə bağlı olduğunu vurğulayıb. “2010-cu ilə

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Shir.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 20-24, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi

Gürcüstan parlamenti Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yeni rəhbəri vəzifəsinə Mamuka Mdinaradzeni təsdiqləyib. Shir.az xəbər verir ki, onun namizədliyi bu gün plenar iclasda səsverməyə çıxarılıb. Mdinaradzeni 85 deputat dəstəkləyib, əleyhinə səs verən isə olmayıb. Səsvermədən sonra parlamentin sədri Şalva Papuaşvili Mdinaradzəni təbrik edərək, təhlükəsizlik sisteminin möhkəmlənəcəyinə əminliyini ifadə edib. "Əminəm ki, Mamuka Mdinaradze Dövlət Təhlükəsizlik Xidmətinin seçilmiş


























