
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb. Parlamentdən mediaya verilən məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası 2025-ci il 6 avqust tarixli açıqlamasının davamı olaraq bildirir ki, “Facebook” sosial media və sosial şəbəkə platformasının Azərbaycan seqmentində qonşu dövlətlərdən birinin ərazisindən ölkəmizə qarşı
Leyla Əliyeva Şamaxıda inşa olunan körpələr evi-uşaq bağçalarının açılışında iştirak edib
(28-08-2025, 19:30)
(28-08-2025, 19:30)

Avqustun 28-də Heydər Əliyev Fondu tərəfindən Şamaxının İkinci Cabanı və Böyük Xınıslı kəndlərində inşa olunan körpələr evi-uşaq bağçalarının açılışı olub. Shir.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib. Leyla Əliyeva körpələr evi-uşaq bağçalarının otaqları ilə tanış olub, uşaqlar üçün yaradılan şəraitə baxış keçirib. Bildirilib ki, hər iki bağça kəndlərin mərkəzində yerləşir. Müasir və tam təchizatlı körpələr evi-uşaq bağçalarında balacalar

Ötən gecə Azərbaycan futbol tarixində unudulmaz anlar yaşandı. Çox gərgin keçən oyunun nəticəsi olaraq Azərbaycan çempionu “Qarabağ” Futbol Klubu ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin etdi. Macarıstan “Ferentsvaroş” Futbol Klubuna qalib gələn Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan cavab oyununda 2:3 hesabı ilə uduzsa da, iki görüşün nəticəsinə görə turu adlayan tərəf kimi hamımızı sevindirdi.
Ombudsman: Ağdamda işgəncəyə məruz qalmış azyaşlıların vəziyyəti nəzarətdə saxlanılır
(28-08-2025, 18:30)
(28-08-2025, 18:30)

Ağdamda şiddətə məruz qalmış azyaşlıların vəziyyəti nəzarətdə saxlanılır, onların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir. Bu barədə Shir.az -a Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, Ağdam rayonunda atası tərəfindən döyüldüyü iddia edilən 2 azyaşlı uşağın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayımlandığı andan etibarən məsələ Ombudsman Aparatı tərəfindən araşdırılır, uşaqların vəziyyəti nəzarətdə saxlanılır. Vurğulanıb ki, hazırda 2023-cü il təvəllüdlü

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Shir.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.

Biləsuvar rayonunda qaz sızması ilə əlaqədar sabah 800-dən çox abonentin qaz təchizatı dayandırılacaq. Shir.az xəbər verir ki, rayonun Xırmandalı kəndindən keçən təbii qaz xəttində aşkar olunmuş sızmanın qarşısının alınması məqsədilə avqustun 29-da saat 10:00-dan başlayaraq kəndin bir hissəsində, ümumilikdə 839 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsi çərçivəsində İçərişəhərdəki bütün ağacların qeydiyyatı və nömrələnməsinə start verilib. Bu barədə Shir.az -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Bildirilib ki, hər bir ağacın üzərinə xüsusi nömrələnmiş inventar lövhələri vurulur, onların üzərində ağacın kodu və onun elektron uçot vərəqinə keçid imkanı yaradan QR-kod yerləşdirilir:

Ödənişli əsaslarla ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər təhsil tələbə kreditinə üçün 28 avqust – 8 sentyabr tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Shir.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu məlumat yayıb. Bildirilib ki, qeydiyyat zamanı paralel olaraq tələbələr www.e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciət edə bilərlər.

Azərbaycanda avqustun 29-da havanın 39 dərəcə isti olacağı gözlənilir. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 20-24, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 35-40 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlanılıb. Shir.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, proses avqustun 28-dən 2 sentyabr saat 23:59-dək aparılır. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

























