
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi fermerləri payızlıq əkinlər üçün toxumla təmin etmək məqsədilə 320 ton taxıl toxumu alır. Shir.az nazirliyə istinadən xəbər verir ki, bunun üçün "Naxçıvan Aqroservis" xətti ilə 200 ton buğda, “Naxçıvan Toxumçuluq" xətti ilə 120 ton buğda və arpa toxumu alınması nəzərdə tutulub. Məlumata görə, Naxçıvanda 17 min hektara yaxın sahədə payızlıq əkinlər aparılır. Alınan toxumlar fermerlərin Naxçıvanın iqliminə uyğun olan, yüksək

Kəlbəcər rayonunda DOST məntəqəsi fəaliyyətə başlayıb. Shir.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, yeni məntəqə Kəlbəcərə köçürülən sakinlərə dövlət sosial xidmətlərinə rahat çıxış əldə etməyə imkan yaradacaq. Həmçinin onlara sosial xidmətlərin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər əsasında, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan verir. Bildirilib ki, Kəlbəcər DOST məntəqəsi mobillik və konstruktivlik elementləri ilə müasir

Gəncədən Sankt-Peterburqa təxirə salınmış uşuş baş tutub. Shir.az -ın məlumatına görə, AZAL-a məxsus J2 5122 təyyarəsi Gəncə Hava Limanından qalxıb. Xatırladaq ki, Gəncə Beynəlxalq Hava Limanından Sankt-Peterburqun Pulkovo və Moskvanın Vnukovo hava limanlarına həyata keçirilməsi gözlənilən aviareyslər təxirə salınmışdı. Gəncədən Moskvanın Vnukova aeroportuna uçmalı olan AZAL-a məxsus J2 5830 avia reysinin uçuşu hələ həyata keçirilməyib.

Gürcüstanın Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyinə həsr olunmuş tədbir keçirilib. Shir.az xəbər verir ki, tədbir Zəlimxan Yaqubun həyat və yaradıcılığını əks etdirən qısa sənədli filmin nümayişi ilə başlayıb. Videoçarxda həmçinin onun Ulu Öndər Heydər Əliyevlə görüşlərini əks etdirən nadir kadrlar da təqdim olunub. Ardınca keçirilən mərasimdə kənd sakinləri, Gürcüstan ictimaiyyətinin nümayəndələri, ziyalılar,


Azərbaycanda avqustun 24-də havanın 38 dərəcə isti olacağı gözlənilir. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi

Ali təhsil müəssisələrinə qəbul imtahanında hər ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyentlər qəbul olduqları ixtisas və universitetlər məlum olub. Shir.az Teleqraf-a istinadla siyahını təqdim edir. I ixtisas qrupu üzrə ən yüksək nəticəni, 693 balı Neftçala rayonunun Qədimkənd kənd orta məktəbinin məzunu Müşfiq Əlili toplayıb. O, Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olub. II ixtisas qrupu üzrə ən yüksək nəticəni 680 balı Bakı Türk Liseyinin

Paytaxtın Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb. AYNA-dan Shir.az -a verilən məlumata görə, bu gündən etibarən 2025-ci il Çin istehsalı olan “Yutong” markalı 4 müasir, komfortlu və iritutumlu avtobus daşımalara cəlb edilib. Yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi təmin ediləcək. Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz

Ötən gün ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub. Shir.az modern.az-a istinadən xəbər verir ki, IV qrupda 10 abituriyent 600-dən yuxarı bal toplasa da, ərizələrində məhdud sayda ixtisas kodu göstəriblər və nəticədə müsabiqədən keçməyiblər. Həmin yerlərə daha yüksək bal toplayan abituriyentlər qəbul olunublar və keçid balı yüksək olub. IV qrupda ən yüksək keçid balı Azərbaycan Tibb Universitetinin ingilis dilində Tibb ixtisasında olub. Bu ixtisasda 13 nəfər oxuyacaq və keçid

Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən 33 yaşlı Zaman Məhəmmədli saxlanılıb. Shir.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Hadisə nəticəsində 24 sot ərazidə quru ot yanıb. Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

























