
Prokurorluq orqanlarının fəaliyyətində operativliyin təmin edilməsi, vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq işlər görülməkdədir. Shir.az xəbər verir ki, həyata keçirilən tədbirlərin davamı kimi Baş prokurorun tapşırıq və tövsiyələri əsasında Hərbi prokurorun təşəbbüsü və rəhbərliyi ilə Hərbi Prokurorluqda həyata keçirilən köklü və intensiv islahatlar çərçivəsində, Silahlı Qüvvələrdə korrupsiyaya qarşı mübarizə və ona şərait yaradan halların aradan

Azərbaycanda avqustun 20-si saat 9:00-a olan məlumata əsasən hava əsasən yağmursuz keçib. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində (Sumqayıtda 1 mm-dək) qısamüddətli az yağış yağıb. Şərq küləyi əsib, küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 19 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, dağlıq rayonlarda 29, Aran rayonlarında 37, Naxçıvan MR-da 38

Ali məktəblərə qəbul üçün elektron ixtisas seçimi yekunlaşdı. Yaxın günlərdə nəticələr elan olunacaq. Shir.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib. “Bu il ən şanslı qrup I ixtisas qrupu oldu. 200 balı keçən hər bir abituriyent tələbə olacaq. Hətta böyük sayda plan yerləri boş qalacaq. Ən çətin vəziyyət isə III ixtisas qrupunda müşahidə olunur. Burada ciddi bal artımı var və bu istiqamətə yenidən baxılması vacib görünür. Bu il abituriyentlər üçün ən rahat qəbul

Fransanın Azərbaycana təyin etdiyi yeni səfirin adı məlum olub. Shir.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin X hesabında yazılıb. Qeyd olunub ki, Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri təyin olunub. Xanım diplomat da bu barədə X hesabında yazıb: “Azərbaycanda Fransaya, maraqlarımıza və həmvətənlərimizə səfir kimi xidmət etmək məniim üçün böyük şərəfdir. Bu vəzifəni Ann Buayonun yolunu davam etdirərək icra edəcəyəm. Azərbaycandakı səfirliyin komandası ilə

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 19-da davam etdirilib. Shir.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq

Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı daxil olan müraciətlər əsasında araşdırmalar aparılır və qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir. Shir.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbədə Əlqismət qızının adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid

Sosial şəbəkədə narkozda olan qadının uyğunsuz vəziyyətdə görüntülərinin yayılması ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır. Shir.az report-a istinadən məlumatına görə, araşdırmanın nəticələrinə uyğun sözügedən məsələ ilə bağlı tədbirlər görüləcək. Qeyd edək ki, sosial şəbəkədə Bakının Nərimanov rayonunda yerləşən klinikaların birində çalışan Abdullayeva Gülbədənin narkozda olan qadını uyğunsuz vəziyyətdə çəkib paylaşdığı barədə videolar yayılıb. Onun əvvəllər saç ustası olduğu,

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri açıqlanıb. Shir.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1418 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 617 nəfər (o cümlədən 96 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub Qeydiyyatdan keçməyən bakalavrlar qəbul

Hərbi Prokurorluqda yeni təyinat olub. Shir.az xəbər verir ki, Şükürov Bakının hərbi prokuroru təyin edilib. Fərid Şükürov bu vəzifəyə ilk dəfə 2020-ci ildən təyin olunub. Bu dəfə o, ikinci müddətə həmin vəzifəyə təyinat alıb. Qeyd edək ki, Fərid Şükürov xidməti fəaliyyətinə Ağdam Rayon Prokurorluğunda başlayıb. O, daha sonra Qarabağ Hərbi Prokurorluğunda müstəntiq, həmin hərbi prokurorluğun böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa

Azərbaycanda avqustun 20-də bəz yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət

























