
Bakının Xəzər Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri olub. Shir.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elşən Salahov müvafiq əmrlər imzalayıb. Belə ki, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehman Eldar oğlu Azadov vəzifəsindən azad edilib. O, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin olunub. Eyni zamanda, həmin şöbəyə aparıcı məsləhətçi vəzifəsinə isə

Növbəti tədris ilində Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə tələbə qəbulu nəzərdə tutulmur. Shir.az xəbər verir ki, bu barədə ali təhsil müəssisəsi rəsmi sosial media hesablarında məlumat yayıb. "Ən çox ünvanlanan suallardan biri də Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə plan yerləri ilə bağlıdır. Bildirmək istəyirik ki, 2025/2026-cı tədris ilində Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə tələbə qəbulu nəzərdə tutulmur", - məlumatda qeyd olunub.

Azərbaycanda avqustun 7-də 41 dərəcə isti gözlənilir. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olacaq. Havanın temperaturu gecə 25-29, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz

Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Rəşad Xəlil oğlu Xudiyev vəzifəsindən azad edilib. Shir.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşüb. Bu barədə Shir.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, mediada yayılan

Azərbaycanda avqustun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində isti hava şəraiti davam edib. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-34, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 36-41 dərəcə isti qeydə alınıb.

Azərbaycanda avqustun 6-da bəzi yerlərdə 40, bəzilərində 41 dərəcə isti gözlənilir. Shir.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 26-30, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.

Son dövrlərdə respublikanın müxtəlif şəhər və rayonlarında yas mərasimlərinin daha sadə formada təşkili ilə əlaqədar yerli ictimaiyyət nümayəndələri, xüsusilə də ziyalılar, ağsaqqallar və digər nüfuzlu şəxslər tərəfindən təşəbbüslər irəli sürülür. Shir.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə açıqlamada bu təşəbbüslərin ilk növbədə cəmiyyətdə təmtəraqlı yas məclislərinin və həmin mərasimlərdə israfçılığın qarşısının alınmasına yönəldiyi bildirilib. Qeyd olunub ki,

Prezident İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli sərəncamı ilə ləğv edilmiş "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin (ASK) Baş direktoru Kamran Nəbizadəyə yeni vəzifə verilib. Shir.az xəbər verir ki, o, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının üzvü təyin olunub. Xatırladaq ki, K.Nəbizadə ASK-ya 2017-2024-cü illərdə rəhbərlik edib.

Hərbi Prokurorluqda yeni təyinat olub. Shir.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovniki Eyvaz Nəcməddin oğlu Mustafayev qurumun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi təyin edilib. Qeyd edək ki, E.Mustafayev buna kimi Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini vəzifəsində çalışıb.

























