
Hərbi Prokurorluqda yeni təyinat olub. Shir.az Oxu.az-a istinadla xəbər verir ki, ədliyyə müşaviri Samir Sərdar oğlu Əzimzadə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi təyin edilib. Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.

İyulun 25-də, saat 09:00-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Füzuli rayonunun Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Beyləqan, İmişli, Xocavənd və Füzuli rayonlarının sakinlərini qəbul edəcək. Shir.az nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək. Qəbula iyulun 24-nə qədər nazirliyin

Azərbaycanda iyulun 23-də havanın yağmursuz keçəcəyi gözlənilir. Shir.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq

22 İyul – Milli Mətbuat və Jurnalistika Günü Qələmin gücü, sözün missiyası… 22 iyul tarixi Azərbaycan mətbuatı üçün xüsusi önəm daşıyır. Bu gün 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə ilk milli mətbuat orqanı olan “Əkinçi” qəzetinin nəşrə başladığı gündür. Məhz bu tarix Azərbaycan jurnalistikasının təməl daşı, söz azadlığının başlanğıcı kimi qəbul edilir. “Əkinçi” yalnız bir qəzet deyildi, o, maarifin, milli düşüncənin, müasir düşüncə tərzinin carçısı idi. Həsən bəy Zərdabi öz qələmi

Rusiyada qanuna tabe olan azərbaycanlılara hörmət edirlər, Moskva isə Azərbaycanda ruslara hörmət edilməsini çox vacib sayır. Shir.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Azərbaycanda ruslara hörmət edilməsi bizim üçün çox önəmlidir. Rusiyada çox böyük Azərbaycan diasporu yaşayır, Azərbaycan diasporunun demək olar ki, bütün nümayəndələri burada layiqli hörmətə malik qanuna tabe olan vətəndaşlarımızdır. Qanunu pozan vətəndaşlar isə qanunla məsuliyyətə

Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə həbs edilmələrinin təşkilində iştirak edən “Abu Malik” təxəllüslü şəxs müəyyən edilərək ələ keçirilib. Shir.az xəbər verir ki, bu barədə 18 iyul 2025-ci ildə keçirilmiş məhkəmə baxışı materiallarından məlum olur. Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində 2022-ci ilin sentyabr ayından xarici xüsusi xidmət

Bakıda və Abşeron yarımadasında iyulun 22-də hava şəraiti yağmursuz olacaq. Milli Hidrometeorologiya Xidmətindən Shir.az -a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar komissiya yaradılıb. Shir.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə məlumatında qeyd olunub. Bildirilib ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin

Rumıniyanın və Bolqarıstanın nüfuzlu media orqanlarının yaydığı məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin dekabrında baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya Federasiyasından rəsmi etiraf tələb edib. Qeyd olunur ki, Prezident bu barədə Şuşa şəhərində keçirilən III Qlobal Media Forumunda çıxışı zamanı danışıb. Shir.az Azərtac-a istinadla xəbər verir ki, Rumıniya media orqanları o cümlədən, AGEPRES milli xəbər agentliyi, “Evenimentul Zilei” və “Mediafax”, həmçinin

Bu gün “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır. Shir.az xəbər verir ki, iyun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir. Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə

























