
Azərbaycanın Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub. Shir.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev vəzifəsindən azad edilib.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ADA Universitetində Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına cəlb olunmuş dövlət qurumlarının nümayəndələri üçün “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar-tədbir keçirib. Qarşılıqlı fikir mübadiləsinin aparıldığı seminarın məqsədi azad edilmiş ərazilərə qayıdış prosesində vətəndaş iştirakçılığının təşkili və gücləndirilməsi ilə bağlı praktiki bilik və təcrübələrin paylaşılması olub.

2025-ci ilin 1-ci yarımili ərzində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər müvafiq inzibati hüquqpozmalarla bağlı ümumilikdə 9714 qərar qəbul edilib. Shir.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb. Qeyd edilib ki, barəsində inzibati qərar qəbul edilən əcnəbilərdən 4246 nəfəri DMX tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama

Milli Məclisin deputatı Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib. Shir.az xəbər verir ki, deputat bununla bağlı parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında danışıb. O qeyd edib ki, bunun üçün aidiyyəti quruma müraciət edəcək. “Deputat fəaliyyətimə oradan davam etmək mümkün olarsa, bunu edəcəyəm”, - o vurğulayıb.

Azərbaycanda iyulun 15-də havanın yağmursuz keçəcəyi, 40 dərəcə isti olacağı gözlənilir. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 35-40 % olacaq. Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz
Məleykə Abbaszadə: Bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlər açılacaq
(14-07-2025, 12:00)
(14-07-2025, 12:00)

Bu il dövlət sifarişli yerlərin sayı 2 faiz artıb. Shir.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib. O bildirib ki, ali təhsil müəssisələrinə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil ala biləcək: "Onların 53,31 faizi isə ödənişli əsaslarla təhsil

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilir. Shir.az xəbər verir ki, iclasın gündəliyinə bir və üçüncü oxunuşda müzakirəsi nəzərdə tutulan ümumilikdə 13 qanun layihəsi daxil edilib. İclasa Milli Məclisin sədri Sahibə Qafarova sədrlik edir.
Hərbi qulluqçuların pensiyalarının hesablanması ilə bağlı qanunvericiliyə dəyişiklik müzakirə edilmir - RƏSMİ
(14-07-2025, 10:30)
(14-07-2025, 10:30)

Hərbi qulluqçuların pensiyalarının hesablanması ilə bağlı hər hansı bir qanunvericiliyə dəyişiklik layihəsi müzakirə edilmir. Bu barədə Shir.az -ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı sosial islahatlar çərçivəsində hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır: “Hərbi qulluqçuların sosial müdafiəsinin daha da

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb. Shir.az xəbər verir ki, Xanyurdu və Təzəbinə kəndlərinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Xocalı rayonunun Xanyurdu kəndinə 33 ailə - 122 nəfər, Təzəbinə kəndinə isə 28 ailə, 125 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14 205 nəfər və ya 0,14 faiz artaraq 2025-ci il iyun ayının 1-i vəziyyətinə 10 milyon 239 min 94 nəfərə çatıb. Shir.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

























