
Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin II rübünü əks etdirən statistik məlumatları açıqlayıb. Bu barədə Shir.az -a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib. Bildirilib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılan xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin birinci yarısında 103 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən cari ildə 9

Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salınıb. Shir.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni iyulun 6-da Svetloqorsk şəhərində konsert verməli idi. Emin məlumat yayaraq konsertin olmayacağını bildirib. O, yeni tarix kimi 2026-cı il iyulun 6-nı göstərib. Əlavə olunub ki, konsertə alınan biletlər yeni tarixdə keçərli olacaq və ya istəyən onu geri qaytara bilər.

Shir.az xəbər verir ki, 2 iyul 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun iştirakı ilə Tovuz rayonunda Gəncə Regional Mərkəz və ona aid olan Gədəbəy, Qazax, Daşkəsən, Goranboy, Samux, Göygöl, Gəncə, Ağstafa, Şəmkir bölmələrinin əməkdaşları və könüllüləri ilə görüş keçirmişdir. Görüşdə təşkilatın yerli nümayəndələri və fəal könüllülər iştirak etmişdir. İclası giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib. Bu barədə Shir.az -a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib. Müşavirədə bir sıra məsələlər müzakirə olunub, o cümlədən son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq işlərindən söz açılıb. Müşavirə zamanı paytaxtımızda şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış

Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatara Azərbaycan Texniki Universitetində Fəxri Doktor Diplomu təqdim edilib. Shir.az xəbər verir ki, Prezidentə fəxri doktor diplomunu Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev təqdim edib. Prezidentə həmçinin fəxri mantiya da təqdim edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında “Polis Günü”nə və 2024-2025-ci tədris ilininin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. Shir.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, tədbirdə ümummilli lideri Heydər Əliyevin, habelə respublikanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi yad olunub. Sonra peşə bayramı münasibəti ilə Prezident, Silahlı Qüvvələrin Ali

Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Shir.az -a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq. Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı

Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək. Shir.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib. İdarə rəisi Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasının Konstitusiyaya əsaslandığını xatırladıb: “Bu hüquqların təmin edilməsi dövlətin ali məqsədidir
Təkrar sertifikatlaşdırmadan keçməyən 2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
(1-07-2025, 19:00)
(1-07-2025, 19:00)

İyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 3 338 müəllim iştirak edib. Bu barədə Shir.az -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 1 328 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb, 2 006 müəllim isə müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda imtahanda iştirak etməyən 334 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub.

İyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən ibtidai istintaq aparılır. Shir.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, FHN və ANAMA-nın birgə məlumatında qeyd olunub. Bildirilib ki, kompleks istintaq tədbirləri çərçivəsində əraziyə prokurorluq əməkdaşları ilə yanaşı,

























