
Bu gün Azərbaycana saat 06:42:11-də Yay fəsli (Yay Günəş duruşu) daxil olub. Shir.az xəbər verir ki, Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlib. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatıb. Bakıda Günəş bu gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni maksimum yüksəklikdə görünəcək. Eyni zamanda bu gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat

Azərbaycanda iyunun 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Shir.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın səyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm

Masallıda itkin düşən məktəbli ilə bağlı araşdırma başlanıb. Shir.az xəbər verri ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd edilib ki, Masallı şəhəri, Dadva küçəsi ev-8 də yaşayan 12.02.2011-ci il təvəllüdlü, orta məktəbin VIII sinif şagirdi Xatirə Nurlan qızı Əhmədovanın 19.06.2025-ci il tarixdə saat 03 radələrində yaşadığı evdən çıxaraq itkin düşməsi barədə daxil olmuş müraciət əsasında Masallı rayon polis şöbəsi tərəfindən araşdırılır.

Naxçıvan Konstitusiyasına edilən dəyişikliklərdən biri də Ali Məclisə seçkilərlə bağlıdır. Shir.az Modern.az-a istinadla xəbər verir ki, Ali Məclisə seçkiləri Azərbaycan Prezidenti təyin edəcək. Seçkilər indiyədək Naxçıvan Ali Məclisinin sədri tərəfindən təyin edilirdi. Dəyişikliyə əsasən onun bu səlahiyyəti əlindən alınır. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Konstitusiyaya, həmçinin Ali Məclisin buraxılması barədə maddə əlavə

Bakıda və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə Shir.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 19-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi

Bu gün azərbaycanlı zəvvarların növbəti, sabah isə son qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq. Bu barədə Shir.az -ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib. O deyib ki, bu gün özü ilə bərabər 170 nəfər zəvvar qayıdacaq. Onlar səhər saatlarında Bakıya çatacaqlar. V.Cahangiri qeyd edib ki, sonuncu zəvvar qrupu isə iyunun 20-si axşam saatlarında Vətənə dönəcək. Bu qrupda isə 190

Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə Shir.az- a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyev iyunun 24-də saat 10:00-da Binəqədi rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Binəqədi rayon

Bu gün Xəzər dənizində 3,1 bal gücündə zəlzələ olub. Shir.az xəbər verir ki, məlumatı Zəlzələlərin Tədqiqatı Bürosu yayıb. Yerli vaxtla 02:59-da baş verən zəlzələnin episentr dənizin 50 km dərinliyində qeydə alınıb.
COP29-un baş danışıqçısı: İqlim mövzusunun həddindən artıq siyasiləşdirilməsi gündəliyin qəbulunu çətinləşdirir
(18-06-2025, 18:00)
(18-06-2025, 18:00)

Son illərdə iqlim mövzusunun həddindən artıq siyasiləşdirilməsi gündəliyin qəbulunu çətinləşdirir. Shir.az Baku TV-yə istinadən xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib. Onun sözlərinə görə, hər il Bonn görüşlərində gündəliyin qəbulu ilə bağlı müəyyən çətinliklər yaransa da, əslində, bu, belə olmamalıdır: "Dubayda keçirilən COP28-dən öncə 11 gün boyunca müzakirələr aparıldı. Hazırda da ikinci gündür gündəliyin qəbul olunmasında ciddi çətinliklər yaşanır. Əslində,

Biləsuvar rayonunun 6 yaşayış məntəqəsində qaz kəsiləcək. Shir.az -ın məlumatına görə, buna səbəb "Xırmandalı" Qazpaylayıcı Stansiyasında orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsidir. Nəticədə iyunun 20-də saat 10:00-dan etibarən, işlər başa çatana qədər Biləsuvar şəhərində və rayonun 5 kəndi olmaqla, ümumilikdə 2 min 150 abonentin təbii qaz təchizatı müvəqqəti dayandırılacaq.

























