Novruz Aslanov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri Sonya Bjorklundu ilə görüşüb
(12-02-2025, 16:00)
(12-02-2025, 16:00)

12 fevral 2025-ci il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov AzQAC-ın Baş ofisində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri Sonya Bjorklundu qəbul edib. Shir.az xəbər verir ki, görüşün məqsədi iki təşkilat arasında əməkdaşlığın inkişafı, növbəti illər üçün strateji planın hazırlanması və gələcək birgə layihələrin müzakirəsi olub. Novruz Aslanov humanitar

İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların xüsusi geyim forması olacaq. Shir.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Kollegiyası qərar qəbul edib. Müvafiq qərara edilən dəyişikliklə polisə ictimai dəstək olanlar mülki inspektor hesab ediləcək və bu, onlar üçün hazırlanan xüsusi geyim formasının üzərində həkk olunacaq. Qərar respublika daxili işlər orqanlarında artıq elan olunub.

Salman Məmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktorunun müavini təyin olunub. Shir.az APA-ya istinadən xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Ona həmçinin direktor vəzifəsinin əmək funksiyalarının icrası da həvalə edilib.

Azərbaycanda rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmud fevralın 12-də Fəxri xiyabanda xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Shir.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Həmçinin, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin
Ötən il 17 vəkilin kollegiyadan çıxarılması ilə bağlı məhkəməyə müraciət olunub, 12-sinin fəaliyyəti müvəqqəti dayandırılıb
(8-02-2025, 11:30)
(8-02-2025, 11:30)

Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vəkillərlə bağlı 1116 şikayət daxil olub. Shir.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub. Bildirilib ki, bu şikayətlərdən 185 (17 %) iş üzrə intizam icraatı başlanılıb, 931 (83 %) iş üzrə isə intizam icraatı başlanılmayıb: "İntizam icraatı başlanılan işlər üzrə 47 (25%) şikayət və müraciət dövlət orqanlarından, 11 (6 %) qeyri-dövlət təşkilatlarından və 127 (69 %) isə

Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub. Shir.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi hissələrin ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət mərkəzində saxlanılması

Fevralın 8-i saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Shir.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, dağlıq rayonlara qar yağır. Yağan qarın hündürlüyü Lerikdə 79, Yardımlıda 23, Qubada (Qrız) 19, Kəlbəcərdə 17, Şahdağda 14, Şuşada 12, Laçında 7, Xaltanda 6, Xankəndində 4, Qusar, Şahbuzda 1 sm-dir. Bəzi yerlərdə də yağış yağır. Belə ki, düşən yağıntının miqdarı Astara, Lənkəranda 13

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2 və 9 mart 2025-ci il tarixlərində keçiriləcək. Shir.az xəbər verir ki, buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki aşağıdakı kimi müəyyən edilib: Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2 mart Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan,

Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, son günlər ölkə ərazisində hava şəraiti kəskin dəyişərək, soyuq, qeyri-sabit və yağıntılı hava müşahidə olunur, yağıntılar bəzi ərazilərdə intensiv xarakter daşıyır, güclü külək əsir. Qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb və həmin fəsadların operativ aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri tədbirlər görülüb. Shir.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, kəskin, küləkli və

Yaxın vaxtlarda Bakı şəhərində 2 böyük parkın istifadəyə verilməsi nəzərdə tutulur. Shir.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Mirhəsən Həsənov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı ictimai dinləmələrdə bildirib. "Paytaxtda parkların, yaşıllıqların olması böyük önəm kəsb edir. Son aylar bu istiqamətində ciddi işlər görülüb. Yaxın vaxtlarda 2 böyük park

























