Son xəbərlər:
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                        TƏCİLİ: İranın “Şahid” dronu Naxçıvana düşdü – məktəblərdə təxliyə başladı                        SON DƏQİQƏ – İran raketləri Naxçıvan hava limanına düşüb?                        Millət vəkili Novruzəli Aslanov İsmayıllı seçiciləri ilə onlayn görüş keçirib                        Fərid Bağırzadə nazir təyin olundu                        Prezident onlara xüsusi təqaüdlər verdi                        İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi                        Novruzəli Aslanov: Azərbaycan qlobal enerji təhlükəsizliyində etibarlı və strateji tərəfdaşdır                        Baş Dövlət Yol Polisi vətəndaşlara xəbərdarlıq etdi - saxta cərimə SMS-lərinə aldanmayın                        Opera Studiyasında Ramiz Rövşənin poeziya gecəsi böyük maraqla keçirilib                        Prezident İlham Əliyev yeni kommunal texnikalarla tanış olub                        Hacı Şahin Həsənli – unudulmaz ilahiyyatçı və böyük insanın xatirəsinə                       

Bakı şəhəri, Yasamal rayonu, metronun “20 Yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verib. Shir.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək. *** “20 Yanvar” metrostansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112"

Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb. Shir.az -ın əldə etdiyi məlumata görə, onlar Rusiya vətəndaşlarıdır. Həmin şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bakı şəhəri, Yasamal rayonu ərazisində məişət və təkər tullantıları yığılmış sahədə yanğın baş verib. Shir.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Abşeron rayonu Hökməli qəsəbəsində bədbəxt hadisə baş verib. Shir.az -ın yerli bürosunun məlumatına görə, qəsəbə sakini, 2005-ci il təvəllüdlü Könül İlham qızı İbrahimova yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Zaqatala stansiyasından 27 km cənub-şərqdə Qax rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Shir.az -a Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, maqnitudası 3,3, dərinliyi 19 km olan yeraltı təkanlar hiss olunmayıb.

Bərdədə iki qadın qidadan zəhərlənib. Bərdə Rayon Mərkəzi Xəstəxanasından Shir.az -a bildirilib ki, ötən gün saat 21:50 radələrində iki qadın hospitalizasiya olunub. Qeyd olunub ki, pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin edilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıb.

İsmayıllı rayonunda bir neçə gün əvvəl bıçaqlanan şəxs ölüb. Shir.az xəbər verir ki, söyüşə görə oğlu tərəfindən bıçaqlanan B.Əzizov aldığı xəsarətlərdən dünən xəstəxanada həyatını itirib. Xatırladaq ki, oğul atasının boyun nayihəsinə bıcaqla zərbə endirmişdi. Faktla bağlı araşdırma aparılır.

Bakının Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində qəza törədərək əks istiqamətə gedən avtomobilin sürücüsü saxlanılıb. Bu barədə Shir.a z-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, əvvəlcə yolda olan avtomobili vurdu, sonra isə piyada svetoforunu yararsız vəziyyətə saldı. Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada svetoforu sıradan çıxıb, digər nəqliyyat vasitəsinə zərər dəyib. Daha

Mingəçevirdə avtomobil qəzası nəticəsində xəsarət alan şəxs xəstəxanada həyatını itirib. Shir.az -ın məlumatına görə, 1986-cı il təvəllüdlü İmran Zeynalov göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada ölüb. Qeyd edək ki, İ.Zeynalov bir neçə gün əvvəl Mingəçevirdə avtomobilin aşması nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi. Faktla bağlı araşdırma aparılır.

Goranboy rayonunda kişi zəhərlənərək ölüb. Shir.az xəbər verir ki, yaşadığı evdə zəhərlənərək xəstəxanaya aparılan Qaradağlı kənd sakini Yavər Ələmdar oğlu İbrahimov göstərilən tibbi yardımlara baxmayaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031