Son xəbərlər:
О гуманитарной дипломатии забывают, хотя она очеловечивает политику - Новруз Аслан                        Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ                        Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi                        Kərim Vəliyev serbiyalı generalla danışdı                        Paşinyan İlham Əliyevə təşəkkür etdi                        Prezident 2 fərman imzaladı                        Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək                        “Zaman dəyişir, xəbərlər dəyişir… Amma vətən sevgisi heç vaxt dəyişmir” -                        FHN silsilə maarifləndirmə tədbirləri keçirdi                        “Türkiye artık eski Türkiye değildir” -Yeni Türkiyənin mesajı və regional əhəmiyyəti                        “Azərbaycan Qızıl Aypara Günündə Fəxri Xiyaban Ziyarəti və 105 illik Humanitar İrsin Təqdimatı”                        Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı: İrana kəskin etiraz bildirildi                        İlham Əliyev: Pakistanın mövqeyi Azərbaycan-Pakistan dostluğunu bir daha göstərdi                        Pakistanın Baş naziri İlham Əliyevə zəng edib: “Azərbaycan hər zaman Pakistana güvənə bilər”                        Prezident İlham Əliyev Moldovanın XİN rəhbərini qəbul edib                        Novruzəli Aslanov: Naxçıvana PUA hücumu regionun təhlükəsizlik balansına zərbədir                        Türkiyə MN rəhbəri Zakir Həsənova zəng etdi                        Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...                        Naxçıvana hücum və həqiqətin ünvanı                        İlk dəfə deyil, İran Azərbaycana qarşı terror həyata keçirir                        İran xahiş etdi, göstəriş verdim, dedim ki... – İlham Əliyev                        Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev                        Prezident Orduya təlimat verdi: Cavab tədbiri həyata keçirin!                        Güney azərbaycanlılar Naxçıvana dron hücumunu kəskin tənqid etdi – Tehran rejimi “özünü məhv edir”                        İranda xidmət edən azərbaycanlı hərbçilər ordunu tərk edir – Tehran rejiminin təxribatçı siyasəti səbəb göstərilir                        Bayramov Özbəkistan XİN başçısını məlumatlandırdı: Naxçıvana dron hücumu beynəlxalq hüququ pozur                        İranda atılan dronlar Naxçıvanda zərər yaratdı – 2 nəfər xəsarət aldı                        Naxçıvana dron hücumu ilə bağlı MN-dən xəbərdarlıq: “Cavabsız qalmayacaq”                        Prezident fərman imzaladı                        İranın Naxçıvan hava limanına dron hücumu - xəsarət alan yoxdur                       

Tovuzda 57 yaşlı kişi ölüb. Shir.az xəbər verir ki, hadisə rayonun Qaraxanlı kəndində qeydə alınıb. 1967-ci il təvəllüdlü Şahbaz Haqverdiyev kənd ərazisindəki əkin sahəsində kartof yığan zaman ürəyi tutaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Sumqayıt şəhərində evdə partlayış olub, xəsarət alan var. Shir.az -ın məlumatına görə, hadisə şəhərin "Betonzavod" adlanan ərazisində qeydə alınıb. Partalayış nəticəsində Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Nağıyev Turac Telman oğlu termiki yanıq xəsarətləri alıb. O dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hadisəyə ilkin səbəb kimi qaz sızması göstərilir.

Beyləqan rayonunda yol qəzası olub, ölən var. Shir.az xəbər verir ki, Ağamir Quluzadə idarə etdiyi "VAZ 21074" markalı avtomobillə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Rusiya vətəndaşı Bakıda xəstəxanada ölüb. Shir.az xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, Rusiya vətəndaşı Akif Əliyev iyulun 8-də küçədə ağır vəziyyətdə aşkarlanıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, avqustun 8-də xəstəxanada ölüb. A.Əliyevin tüfeyli həyat sürdüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

Naftalanda itkin düşən 34 yaşlı kişi tapılıb. Shir.az -ın məlumatına görə, Naftalan şəhər polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşən 1990-cı il təvəllüdlü Rəşad Talıbov tapılıb. Axtarışlar dayandırılıb.

Birinci Qarabağ müharibəsi şəhidi Xəqani Aslanovun oğlu Cəsarət Aslanov vəfat edib. Shir.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Bildirilib ki, C.Aslanov elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Qeyd edək ki, Xəqani Aslanov 1992-ci ilin fevralın 26-sı Xocalıda qəhrəmancasına həlak olub. Onun digər iki qardaşı Hasil və Vidadi Aslanovlar isə eyni gündə, 1993-cü ilin 23 iyulunda Ağdam işğal olunduğu gün şəhid olublar.

Şəkidə intihar hadisəsi olub. Shir.az -ın məlumatına görə, hadisə Aşağı Göynük kəndində qeydə alınıb. Kənd sakini F. Əhmədova səhər saat 7 radələrində evin həyətindəki qoz ağacından özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər. Məlumata görə, qadın psixoloji xəstəlikdən əziyyət çəkib. Faktla bağlı araşdırma aparılır.

Avqustun 6-da gecə saat 2 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 2000-ci il təvəllüdlü Kamal İbrahimovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Bu barədə Shir.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətlərinə görə məhkum olunmuş 2005-ci il təvəllüdlü Valeh Kazımov polis əməkdaşları

Bakıda intihar hadisəsi olub. Shir.az -ın məlumatına görə, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. S. Tağıyev evin həyətindəki su çəninin dəmir konstruksiyasından özünü asaraq, həyatına son qoyub. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

Göyçayda iki gün əvvəl ağacdan yıxılan kişi ölüb. Shir.az xəbər verir ki, hadisə avqustun 4-də rayonun Bığır kəndində qeydə alınıb. 1951-ci il təvəllüdlü Məmmədov Tahir Abdulla oğlu yaşadığı evin həyətyanı sahəsində ağacdan yıxılaraq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Axtariş

Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930