
Vyetnamda rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov həmin ölkənin baş naziri Pham Minh Chinh ilə görüşüb. Bu barədə Shir.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan ilə Vyetnam arasında müdafiə sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov, həmçinin vyetnamlı həmkarı general Phan Van Giang ilə görüşüb. Görüşdə Azərbaycan ilə Vyetnam arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri

Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyanın paytaxtı Lissabonda "Qloriya" funikulyorunun relsdən çıxması nəticəsində baş vermiş qəzada ölənlərlə bağlı başsağlığı verib. Shir.az xəbər verir ki, bu barədə XİN X-də paylaşım edib. “Baş vermiş faciəvi qəza bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - deyə paylaşımda qeyd edilib.

Misir Ərəb Respublikasının Azərbaycana yeni təyin etdiyi səfir Houssam Eldine Reda Bakıya gəlib. Shir.az xəbər verir ki, bu barədə report məlumat yayıb. Xatırladaq ki, Misir Prezidenti Əbdülfəttah Sisinin may ayında imzaladığı qərarla Houssam Eldine Reda Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin olunub.

Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Shir.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Ağdam Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev vəzifəsindən ayrılıb. Shir.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Allahverən Əliyevin vəzifədən ayrılma səbəbi açıqlanmayıb. A.Əliyev 15 iyul 1955-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. Baytardır.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktları aşkarlayıb. Shir.az xəbər verir ki, Xidmət pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti, həmçinin əmək münasibətlərinin qanunvericilikdə

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında enerji sahəsində tərəfdaşlıq imkanları barədə müzakirələr aparılıb. Shir.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, müzakirələr BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında keçirilmiş görüşdə baş tutub. Onun sözlərinə görə, görüşdə ölkələr arasında uğurlu tərəfdaşlıq münasibətləri vurğulanıb:

Prezident İlham Əliyev Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Shir.az sərəncamın mətnini təqdim edir: 2025-ci ilin dekabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 illiyi tamam olur. Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən
Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə sakinlərlə görüşüb - Fotolar
(4-09-2025, 12:30)
(4-09-2025, 12:30)

Milli Məclisin deputatı Novruzəli Aslanov 4 sentyabr 2025-ci il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçiciləri qəbul edib. Shir.az xəbər verir ki, bu dəfəki qəbul rayonun Buynuz kəndində keçirilib. Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Xüsusilə Buynuz kəndlərində yaşanan yol problemi diqqət mərkəzinə gətirilib. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib. Shir.az -ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İsfəndiyar Axundov da iştirak edib. Prosesdə linqivistik ekspertizanın yekunlaşdığı və ekspertizanın rəyinin məhkəməyə daxil olduğu bildirilib. Təqsirləndirilən İsfəndiyar Axundovun vəkilləri prosesə