
Respublika hərbi prokurorunun müavini işdən azad olunub. Shir.az APA-ya istinadla xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, hərbi prokurorun müavini Mehdi Hüseynzadə vəzifəsindən azad edilib. Bu vəzifənin icrası Hərbi Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi Nihad Şıxəliyevə həvalə olunub. Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov Sumqayıt Hərbi prokuroru təyin

2025-ci ilin 1-ci yarımili ərzində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər müvafiq inzibati hüquqpozmalarla bağlı ümumilikdə 9714 qərar qəbul edilib. Shir.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb. Qeyd edilib ki, barəsində inzibati qərar qəbul edilən əcnəbilərdən 4246 nəfəri DMX tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama

Prezident İlham Əliyev “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb. Shir.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci, 10.1.1-ci, 10.1.3-cü, 11.1.7-ci, 13.1.1-ci, 13.7.2-ci, 14.6-cı, 20.1-ci, 23.3-cü, 26.1-ci, 26.2-ci və 26.3-cü (hər üç halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında sərəncam imzalayıb. Shir.az sərəncamın mətnini təqdim edir: 1. Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 23901,99 hektar sahədə Azərbaycan Respublikasının
"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirə qələbə ilə başlayıb
(14-07-2025, 15:30)
(14-07-2025, 15:30)

"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də mübarizəyə qələbə ilə başlayıb. Shir.az xəbər verir ki, İsveçdə təşkil olunan yarışın I turunun matçına çıxan komanda yerli “Myallbu”nu məğlub edib - 2:1. İsveç təmsilçisinin qapısına hər iki qolu Əli Əliyev vurub.

Bakının Xətai rayonunda yerləşən çörək sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu müəyyən edilib. Shir.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata əsasən, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb və mövcud avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuna ixtisaslaşmış lisenziyalı təşkilat tərəfindən illik texniki baxış keçirilməsi barədə müvafiq sənəd təqdim
AK sədri: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik
(14-07-2025, 14:30)
(14-07-2025, 14:30)

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsinin razılaşdırılması onilliklər boyu davam edən düşmənçiliyə son qoyan dönüş nöqtəsidir və Aİ onun tezliklə imzalanacağına ümid edir. Shir.az -ın məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib. “Ümid edirəm ki, saziş ən qısa zamanda imzalanacaq”, - fon der Lyayen deyib. AK rəhbərinin sözlərinə görə, hazırda Avropa ilə Ermənistan arasında

Milli Məclisin deputatı Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib. Shir.az xəbər verir ki, deputat bununla bağlı parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında danışıb. O qeyd edib ki, bunun üçün aidiyyəti quruma müraciət edəcək. “Deputat fəaliyyətimə oradan davam etmək mümkün olarsa, bunu edəcəyəm”, - o vurğulayıb.
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan badmintonçuları açıqlanıb
(14-07-2025, 13:30)
(14-07-2025, 13:30)

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək badmintonçular müəyyənləşib. Shir.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb. EYOF-da Əli Gözəlov və Viktoriya Kumanyayeva mübarizə aparacaqlar. Qeyd edək ki, yarış iyulun 22–26-sı aralığında keçiriləcək.

Milli Məclisin 2025-ci il üzrə növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Shir.az xəbər verir ki, iclasda spiker Sahibə Qafarova növbədənkənar sessiya barədə qısa hesabat verib. Spiker xatırladıb ki, növbədənkənar sessiya iyunun 3-də başlayıb. O vurğulayıb ki, sessiya müddətində Milli Məclisin yeddi iclası keçirilib, 45 qanun və qərar, eləcə də 2 konstitusiya qanunu qəbul olunub, həmçinin 5 beynəlxalq müqavilə təsdiqlənib: "Azərbaycan Prezidenti İlham Əliyevin həyata