Bu gündən bütün qruplar üzrə ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır. Shir.az xəbər verir ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi 9 – 19 avqust tarixlərində aparılacaq. 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 13 min 315, rus bölməsi üzrə 785 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə
Növbədənkənar parlament seçkilərində 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Shir.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Qazaxıstan Prezidenti: "Orta Dəhlizlə daşımaların həcmi ortamüddətli perspektivdə 5 dəfə artırıla bilər"
(8-08-2024, 12:00)
(8-08-2024, 12:00)
Mərkəzi Asiya regionu ən mühüm qlobal nəqliyyat və logistika mərkəzinə çevrilə bilər. Shir.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Kazakhstanskaya Pravda" qəzetində dərc olunan "Mərkəzi Asiyanın intibahı: davamlı inkişaf və çiçəklənmə yolunda" adlı məqaləsində deyib. “Region planetin ən mühüm nəqliyyat, logistika və tranzit mərkəzlərindən birinə çevrilmək üçün hər cür imkana malikdir. Mərkəzi Asiya sürətlə qlobal nəqliyyat kommunikasiyalarının
Baş nazir Əli Əsədov qərar imzalayıb. Shir.az qərarın mətnini təqdim edir: 1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına (Xidmətdən pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və
Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev avqustun 13-də saat 10:00-da Yasamal rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan
Seçkilərdə milyonlarla insan iştirak etdiyindən xoşagəlməz hallardan heç kim sığortalanmayıb. Shir.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkilərdə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə deyib. Onun sözlərinə görə, media nümayəndələri daima prosesin içərisində olduğundan seçkini obyektiv işıqlandırmalıdırlar: "Harada mənfi hal görsələr, MSK-nın addımını,
Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib. Shir.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov məlumat verib. Onun sözlərinə görə, tədbirdə bayraqları parataekvandoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva daşıyacaqlar. Komitə rəsmisi idmançıların daim qayğı hiss etdiklərini diqqətə çatdırıb: "Ötən il Azərbaycan Prezidenti tərəfindən paralimpiya çempionları
Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarının mexanikləşdirilmiş bölmələri ilə döyüş atışlı taktiki təlimlər keçirilir. Bu barədə Shir.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumqoşun poliqonunda keçirilən təlimlərdə əsas diqqət ekipajların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilir. Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığını və şəxsi heyətin peşəkarlığını daim yüksək səviyyədə saxlamaq məqsədilə keçirilən tədbirlər davam etdirilir.
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk bölgəsində yeni əməliyyat keçirib, PKK/KCK terror qruplaşmasının üzvü Serdar Sönmez öldürülüb. Shir.az xəbər verir ki, onun kod adının “Eziz Qabar” olduğu bildirilir. Məlumata görə, S.Sönmez Türkiyə Silahlı Qüvvələrinə qarşı təxribata hazırlaşırmış. Türkiyə kəşfiyyatı bunu öyrəndikdən sonra terrorçunu addım-addım izləyib və onu zərərsizləşdirib. S.Sönmez 2014-cü ildə PKK/KCK terror qruplaşmasının sıralarına qoşulub.
Fransa müstəmləkəçiliyi altında yaşayan xalqların təmsilçilərinin Korsikada beynəlxalq konfransı keçirilib
(8-08-2024, 11:00)
(8-08-2024, 11:00)
Fransa müstəmləkəçiliyi altında yaşayan xalqların təmsilçilərinin Korsikada iki günlük beynəlxalq konfransı keçirilib. Shir.az xəbər verir ki, “Nazione” hərəkatının təşkilatçılığı ilə keçirilən konfransda müstəqillik hərəkatlarının təmsilçiləri Fransanın işğalı altında olan müstəmləkələrin qarşılaşdığı problemləri çatdırıblar. Müzakirələrdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən başlayaraq dekolonizasiya prosesinin dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqət mərkəzinə