Millət vəkili Novruzəli Aslanov İsmayıllıda vətəndaşların növbəti qəbulunu keçirib
(1-06-2025, 16:30)
(1-06-2025, 16:30)

Milli Məclisin deputatı Novruzəli Aslanovun hər həftə öz seçiciləri ilə keçirdiyi görüşlər artıq ənənəvi hal alıb. Növbəti belə görüş 2025-ci il 01 iyun tarixində baş tutub. Shir.az xəbər verir ki, millət vəkili bu dəfə vətəndaşları İsmayıllı şəhərində yerləşən ofisində qəbul edib. Səmimi şəraitdə keçən görüşün gedişində Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini