
Azərbaycan ilə Türkiyə arasında statistika sahəsində Anlaşma Memorandumu imzalanıb. Shir.az xəbər verir ki, imzalanma mərasimi Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 14-cü sessiyası çərçivəsində baş tutub. Memorandumu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Türkiyə Statistika İnstitutunun Prezidenti Erhan Çetinkaya imzalayıblar. Sənəddə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi rəsmi statistika sahəsində ikitərəfli

Hər il oktyabrın 3-ü Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd edilir. Shir.az xəbər verir ki, bu əlamətdar gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan Naxçıvan Sazişinin (3 oktyabr 2009-cu il) imzalanmasından etibarən qeyd edilir. Türk Dövlətləri Təşkilatı (TDT) ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır. Təqdirəlayiq

Son illər xaricdə ali təhsil almış şəxslərin diplomlarının tanınması ilə bağlı müraciətlərin sayı artmaqda davam edir. Son 3 ildə ali təhsil sənədlərinə ən çox imtina verilmiş universitetlər hansılardır? Shir.az AzEdu-ya istinadla kvalifikasiyaların tanınması ilə bağlı ən çox imtina alan ölkələr və müvafiq olaraq ən çox imtina alan universitetlərin siyahısını təqdim edir: TKTA-nın təqdim etdiyi rəsmi məlumata əsasən, tanınma üzrə ən çox imtina alan ali təhsil sənədləri aşağıdakı ölkələrə

Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Shir.az x əbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin 3 Oktyabr - Alman Birliyi Günü münasibətilə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə ünvanladığı təbrik məktubunda yer alıb. Dövlət başçısı məktubda diqqətə çatdırıb ki, almaniyalı həmkarının aprel ayında Azərbaycana səfəri geniş gündəliyə malik əməkdaşlığımızın inkişafına yeni təkan verib.

Ədliyyə Nazirliyi və Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının (BXHHK) Katibliyinin birgə təşkilatçılığı ilə təlim keçirilib. Bu barədə Shir.az -a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlim Azərbaycan Respublikasının 2023-cü ildə qoşulduğu 1965-ci il tarixli "Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında" Konvensiya və 2024-cü ildə qoşulduğu "Uşaqlara görə alimentin tutulması və ailənin
Azərbaycan Prezidenti Alman Birliyi Günü münasibəti ilə Frank-Valter Ştaynmayeri təbrik edib
(Bu gün, 11:30)
(Bu gün, 11:30)

Azərbaycan Prezidenti İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb. Shir.az məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, 3 Oktyabr – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Sizin aprel ayında Azərbaycana səfəriniz geniş

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə təbrik məktubu göndərib. Shir.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, İraq Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Bu yaxınlarda Nyu-Yorkda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan-İraq münasibətlərini