Novruzəli Aslanov: “Elmin milli kimliyin və tarixi yaddaşın qorunmasındakı rolu - Prezident İlham Əliyevin çıxışı yeni mərhələnin başlanğıcı oldu”
(4-11-2025, 10:55)
(4-11-2025, 10:55)

“Bu gün xalqın tarixi yaddaşının və milli kimliyinin qorunmasında elmin rolu xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində etdiyi çıxış da elmin yalnız texnoloji deyil, həm də mənəvi missiyasına dair dərin düşüncələr üzərində qurulmuşdu. Həmin çıxışda qeyd olundu ki, Azərbaycanın tarixi, mədəni və etnik sərhədləri barədə tədqiqatlar təkcə akademik maraq predmeti deyil, həm də milli təhlükəsizlik

























